Əsas Səhifə > Şou-biznes > "Vaxt gələcək, bu ölkənin ulduzlarından biri də mən olacağam"

"Vaxt gələcək, bu ölkənin ulduzlarından biri də mən olacağam"


4-02-2017, 09:36
"Vaxt gələcək, bu ölkənin ulduzlarından biri də mən olacağam"
DİA.AZ: - "Özümə rəqib görmürəm". DİA.AZ bildirir ki, bu sözləri sənətə yeni gələn, Dubayda yaşayan həmyerlimiz, gənc müğənni Anar Əhmədov açıqlamasında deyib.

İfaçı onun haqqında artıq gündəmdə olmadığını deyənlərə cavab verib. A.Əhmədov şou-biznesdə özünə rəqib görmədiyini söyləyib:

"Bunu deyən adamın mənimlə şəxsi-qərəzliyi var. Onu deyən kimdirsə, çıxsın qarşıma. Anarın qatarı hələ indi başlayır. Getdiyim yolda mahnılarım tərzdə ruhuma yaxın olan ikinci oğlan müğənni tanımıram. Özümə heç kimi rəqib görmürəm. Həm səs, həm görüntü, həm iş baxımından rəqibim yoxdur. Mən keyfiyyətli iş görürəm. Vaxt gələcək, bu ölkənin ulduzlarından biri də mən olacağam.

Artıq mart ayında növbəti "İkinci nəfəs" (Второе дыхание) adlı yeni layihəyə çəkilən klipi Rusiyada çıxmağa hazırlaşıram."

Qeyd edək ki, pop star Anar Əhmədov Rusiyada "Не со мной” adlı yeni layihəsi ilə gündəmə damğasını vurdu.
\


Geri qayıt