Əsas Səhifə > Şou-biznes > "Sürücü, mühafizəçi işləyərəm"

"Sürücü, mühafizəçi işləyərəm"


23-01-2017, 10:40
"Sürücü, mühafizəçi işləyərəm"
“Artıq işsizliyimi bilməyən qalmadı. Sağ olsun bütün media əhli yazdı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Anar Nağılbaz deyib.

İşsiz qaldığını, iş axtardığını bildirən ifaçı borcu olduğunu söyləyib:

“Klublar və restoranlar tədbirlər təşkil edin, ideyanı biz verək. Lazım gəlsə, yeni mahnılar oxuyaq. Telekanallarda montaj, rejissor, assistent, sürücü, mühafizəçi də işləyə bilərəm. Bir az borcum var, kim ödəyə bilər? Yoxsa kişinin borcu olar? Əvəzində 1990-cı və 2000-ci illərin SD-lərindən hədiyyə edərəm. Qeyri-dəqiq təkliflər barədə yazmayın. Mahnı satışı, rep və ingilis dili krusları da realdır. Qınayan, öz boşqabına baxsın”.

Geri qayıt