Əsas Səhifə > Şou-biznes > "Şükür edirəm ki, yetərincə söhbət edib, məsləhətlər almışıq"

"Şükür edirəm ki, yetərincə söhbət edib, məsləhətlər almışıq"


18-01-2017, 09:40
"Şükür edirəm ki, yetərincə söhbət edib, məsləhətlər almışıq"
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

Axşam.az xəbər verir ki, muğam ifaçısı ətrafındakı insanlara irad bildirməyi xoşlamadığını deyib:

"İnanın ki, mən hələ heç kimə irad bildirməmişəm, deməmişəm belə oxuma, elə oxu. Ancaq mənə qarşı irad olanda mənə xoşdur və qəbul edirəm. Əvvəla baxır bunu kim deyir. Məndən gərək ağıllı, tərbiyəli, imanlı və məndən savadlı olsun. Bu da daha çox yaşlı insanlara uyğun gəlir. Məsələn müəllimim, bu yaxınlarda dünyasını dəyişən Ağaxan Abdullayev. Dünyasını dəyişəndən sonra hələ də özümə gələ bilməmişəm. Onlar nə deyibsə mən qəbul etmişəm".

Mərhum xalq artisti Ağaxan Abdullayevdən danışan E.Abdullayeva göz yaşlarını saxlaya bilməyib:

"Mən 9 il bu insanın tələbəsi olmuşam. Qürurlu yaşayıb ölmək hər adama qismət olmur. Bu gün mən onunla fəxr edə bilirəm. Ondan sənət, böyüklük olaraq çox şey öyrənmişik. Dünyasını dəyişməsindən on gün əvvəl onu görməyə getmişdim. Yanında 10-15 dəqiqə otura bildim. Şükür edirəm ki, yetərincə söhbət edib, məsləhətlər almışıq. İkinci konsertimə dəvət etmişdim, gəldi də".



Geri qayıt