Əsas Səhifə > Şou-biznes > "Bundan sonra efirdə atlanıb-düşən deyiləm"
"Bundan sonra efirdə atlanıb-düşən deyiləm"14-01-2017, 10:16 |
Telekanallara çıxışına qadağa qoyulduğunu deyən meyxanaçı-müğənni Samirə Yusifqızı yaxın vaxtlarda xaricə səfər edəcəyini bildirib. SİA-ya açıqlama verən Samirə xanım deyib ki, bu vaxtadək verilişlərə dəvət alıb, efirlərə çıxırdım: "İndi nə baş verdi ki, mənə efirə çıxmağa imkan vermirlər. Səbəbini heç özüm də bilmirəm. Veriliş rəhbərlərinə zəng edirəm, deyirlər meyxanaçıları çağırmırıq. Sonra baxıram başqa meyxanaçılar proqramdadır. Azərbaycanda yeganə xanım meyxanaçıyam. Türkiyə, Rusiya mətbuatı mənimlə maraqlanır, efirlərinə dəvət edir. Amma öz ölkəmin telekanlları məndən imtina edib. Mən ali təhsilli sənətçiyəm. Öləndən sonra mənə qiymət verəcəklər? 50 yaşım var. Bundan sonra efirdə atlanıb-düşən deyiləm. Hər zaman özümə hörmət edən müğənni olmuşam. Ən əsası bu günə kimi heç kimin xətrinə dəyməmişəm, hörmətsizlik etməmişəm. Nə qədər xeyriyyə işləri görmüşəm, cəbhə bölgəsində əsgərlərimizin qarşısında çıxış etmişəm. Mənə qarşı olunan bu hörmətsizliyə görə sənətimlə məşğul ola bilmirəm. Çünki mahnını yazdırıb, harada təqdim edim?". S.Yusifqızı belə davam edəcəyi təqdirdə ölkəni tərk edəcəyini söyləyib: “Bildiyiniz kimi, müğənnilərin gəlir yeri toylardır. Ona görə də ifaçı efirə çıxıb, özünü reklam edir və ordan toy tutur. Toy sahibləri bizi efirlərdə görüb, məclislərinə dəvət edirlər. Mən heç bir efirdə olmadığım üçün artıq toylara da getmirəm. Mənimlə bağlı bu problem aradan qaldırılmasa gedəcəyəm". Geri qayıt |