Əsas Səhifə > Şou-biznes > Səidə-Elnarə QALMAQALı böyüyür:

Səidə-Elnarə QALMAQALı böyüyür:


7-01-2017, 13:06
Səidə-Elnarə QALMAQALı böyüyür:
Müğənni Səidə Sultanla həmkarı Elnarə Xəlilova arasındakı qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, "Xəzər maqazin"ə açıqlama verən S.Sultan növbəti dəfə həmkarının bostanına daş atıb: “Elə insanlardan qorxuram. Sakitləşsin, məndən əl çəksin. Deyilən söz mənə toxunanda, cavab verməliyəm. Yoxsa gecə yata bilmərəm. Onun dediyi sözlər məndə elə qıcıq yaratdı ki, cavabını verməliydim. Övlad dünyaya gətirəndə insanın başı ona qarışır. O da ailəni seçdi. Biz isə sərbəst qızlar idik. Sənətlə məşğul olduq. Bu da onu qıcıqlandırır. Bu, sağlam rəqabət deyil. Qızlar işləyirlər, öndədirlər. Onun da ifritəliyi tutub ki, onlar niyə elədir, mən yox. Elə insanlardan qorxuram, beləsindən uzaq durmalısan. Kin vurub üzünə”.

Geri qayıt