Əsas Səhifə > Şou-biznes > "Ölkəmi tərk etmək fikrim yoxdur"
"Ölkəmi tərk etmək fikrim yoxdur"5-01-2017, 08:41 |
“İşsizəm, əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki, dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır”. “Qafqazinfo” xəbər verir ki, bunu reper Anar Nağılbaz sosial şəbəkədə yazıb. Tanınmış reper uzun illər ayrı-ayrı telekanallarda fəaliyyət göstərdiyini deyib: “2013-cü il oktyabrın 1-i işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəs bəylə də şəxsi görüşlərim olub, deyiblər, sən tanınmış adamsan, gərək ki toyların çoxdur, demişəm elə deyil, rep milli yem deyil, yalnız klublarda qəbul olur, bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq. Mən 1992-də BDU-nun "Nəsimi" mərkəzində Ə. Elçibəyin də, 1994-cü il fevralında H. Əliyev sarayında H. Əliyevin qarşısında da "Kasıbların mahnısı" (Çörək baha, yağ baha, ət baha) ilə çıxışlar etmişəm. Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm!”. Geri qayıt |