Əsas Səhifə > Şou-biznes > "Mən özümdən on yaş böyük sənətçi görəndə, az qalır onun əlindən öpüm"

"Mən özümdən on yaş böyük sənətçi görəndə, az qalır onun əlindən öpüm"


26-12-2016, 08:52
"Mən özümdən on yaş böyük sənətçi görəndə, az qalır onun əlindən öpüm"
Aktyor Fərda Xudaverdiyev “ATV maqazin onlarla” verilişində onun sənətini bəyənməyənlərin cavabını verib.

Axşam.az-ın məlumatına görə, aktyor bu dəfə çox əsəbləşib.

“Dünən atdanıb meydana, bu gün kino çəkib iddialı-iddialı danışmaq, mız qoymaq, həqiqətən günahdır. Üzdə bir cürəsiniz, arxada başqa cürə. Onda, məni görəndə görüşməyin. Kişi olun. Kişinin bir sifəti olar. Bəsdirin daha”, - deyə Fərda bidirib.

Aktyor onun arxasınca danışanlara belə deyib:

“Mən özümdən on yaş böyük sənətçi görəndə, az qalır onun əlindən öpüm. Mənim sizinlə işim yoxdursa, sizin də mənimlə işiniz olmasın. Hər işə qiyməti tamaşaçı verir. Tamaşaçı da qiymətinizi verib. Otururlar kiminsə yanında, dillərinə əlli qram dəyir, başlayırlar qeybətə”.

Fərda “Stand up”da özünə rəqib görmədiyini də vurğulayıb:

“Ən azı yaxın beş ildən söhbət gedir. İstəyirsinizsə, buyurun çıxın meydana”.

Geri qayıt