Əsas Səhifə > Şou-biznes > "Toyda ağsaqqal yaxınlaşdı ki, səni döyəcəm"
"Toyda ağsaqqal yaxınlaşdı ki, səni döyəcəm"8-12-2016, 10:17 |
“20 ildir toy aləmindəyəm, başıma bir çox maraqlı hadisələr gəlib”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vasif Məhərrəmli “Hər şey daxil” verilişində deyib. İfaçı toy mərasimlərində başına gələn maraqlı hadisələrdən danışıb: “Bu yaxınlarda toyda “Yenə tovuz kimisən, nə gözəl bəzənmisən” oxuyuram. Bir naxçıvanlı qardaş əsəbi halda yaxınlaşıb ki, “xoruz kimi nədir?”. Bir az da idmançı görünüşündə idi. Çağırdım ki, səni başa düşmürəm, nə deyirsən? Qayıtdı ki, “Xoruz kimi nədi oxuyursan?”. İzah etdim ki, “Vallah, tovuz kimi” deyirəm. Bir dəfə də toyda paltarımı dəyişməyə getmək istəyirdim. Ağsaqqal saxlayıb məni ki, "Dayan, sən ağsaqqal, qarasaqqal saymırsan. Deyəsən, səni döyəcəm”. Deyirəm, yazıq adamam məni niyə döyürsən? Toylarda ciddi davalar, hədsiz insident yaşamamışam. Amma xırda münaqişələr olur". Geri qayıt |