Əsas Səhifə > Şou-biznes > "Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirsən?"

"Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirsən?"


3-12-2016, 09:23
"Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirsən?"
Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib.

BiG.AZ-ın məlumatına görə, buna səbəb müğənninin adından qazın, işığın qiymətinin qalxmasından bəhs edən şeirin yazılıb, sosial şəbəkədə paylaşılması olub.

Baş verənlərlə bağlı olduqca əsəbiləşən Elza sözün əsl mənsasında od püskürüb:

“Mənə məxsus olmayan, səviyyəsiz sözlər yazan cinayətkar, təxribatçı məhkəmə qarşısında cavab verəcək. Kim bu cür paylaşımlar edibsə, hamısı sübut kimi toplanılıb.

İnsan gərək nə qədər azğınlaşsın ki, başqasının adından utanmadan yalan, şər, böhtan sözlər yazsın. Darıxma, tezliklə sənin hansı şaircik olduğun məlum olacaq. Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirsən? Nə səbəbdən? Paxıllıq, əclaflıq rahatlıq vermir sənə? Layiqli yerində otuzdurar səni qanunumuzun keşiyində duran hüquq orqanlarımız. Onsuz da E.Seyidcahanı tanıyanlar bilirlər ki, sənin boşboğazlığın Elzanın dəsti-xətii deyil".

Geri qayıt