Əsas Səhifə > Şou-biznes > "Bütün Şamaxı bu hərəkətinə görə ondan üz çevirib"
"Bütün Şamaxı bu hərəkətinə görə ondan üz çevirib"7-11-2016, 09:10 |
Axşam.az saytı geridə qoyduğumuz həftədə tanınmış sənətçilərin çıxışlarından sitatları təqdim edir: Əməkdar artist Röya Ayxan: “İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm. O, mənim gözümün önündən heç vaxt getmir”. Müğənni Xatirə İslam: "Əgər arıq olsam, o qədər qısa geyinərəm ki...”. Müğənni Rəhim Rəhimli: “Etiraf edim ki, mən indi vətəndaş nikahındayam. Münasibətdə olduğum biri var, xoşbəxtik. Hələ ki, övlad sahibi olmağa, uşağın mənə “ata” deməsinə hazır deyiləm”. Türkiyəli aktyor Tamer Karadağlı: "Nənəm və babam azərbaycanlıdır. Nənəm Gəncədəndir”. Əməkdar artist Mətanət İsgəndərli: “Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”. Prodüser Tarix Əliyev (Tolik): “Xırdalana köçəndən mənim əsəblərim tarıma çəkilib. “Azərişıq” hara baxır bilmirəm”. Əməkdar artist Naibə Allahverdiyeva: “Mən çox istərdim ki, kişilərimiz qadınlarımıza sahib çıxsınlar". Prodüser Təranə Səmədova: “Kərimlə ayrılmağımıza bir neçə səbəb oldu. Düşündük ki, səbəblər var, övladımız da yoxdur, niyə evliliyi davam edək? Qızım Suel Kərimin övladı deyil”. Müğənni Emin Ağalarov: “Bakıda villa tikdirəndə atamla qərar verdik ki, onlar eyni olsun. Əli və Mikayıl da əkizdirlər. Gələcəkdə isə villalar mənim oğullarıma qalacaq”. Əməkdar artist Abbas Bağırov: “Əynimə geyindiyim istənilən bir şey bahalıdır, qiymətsizdir. Abbas geyinibsə, demək, bahalıdır. Çünki özümə hörmət edən, sənətimi sevən, tamaşaçı sevgisi qazanan biriyəm”. Rəqqasə Fatimə Fətəliyeva: “Hərdən özümü danlayıram ki, niyə dəyişə bilmirəm? Alınmır, ikiüzlü ola bilmirəm”. Müğənni Sevda Sanəliyevanın əri Cəmilin keçmiş qayınanası: “Mənim qızımı boşayıb, gedib Sevdanı aldı. Necə də utanmır, heç kişi də belə iş görər? Bütün Şamaxı bu hərəkətinə görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır”. Müğənni Səidə Sultan: "Mənə “tərbiyəsiz" deyənlərə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar”. Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) : “Qayınanam olmasa, heç yerə gedə, iş görə bilmərəm”. Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət: “Mənim Fuad Poladova münasibətim bəllidir, onu görkəmli sənətkar kimi hər zaman yüksək qiymətləndirmişəm. Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm”. Müğənni Roza Zərgərli: “Mənə eşq yaşamağı təklif edənə sərvət təklif edərəm, imkanı çatmaz”. Müğənni Könül Kərimova: “İstər qızımın, istərsə də oğlumun bu sahədən biri ilə ailə qurmasını istəmirəm. Evdə bir müğənni bəsdir”. Müğənni Günel Zeynalova: “Bəziləri məni qınadılar ki, Məhərrəmlikdə nişan olarmı? Hər kəs öz işinə baxsın". Geri qayıt |