Əsas Səhifə > Şou-biznes > “70 yaşımda həyat yoldaşımla öpüşdük”

“70 yaşımda həyat yoldaşımla öpüşdük”


28-09-2016, 10:46
“70 yaşımda həyat yoldaşımla öpüşdük”
Məlum olduğu kimi, xalq artisti Səməd Səmədovun sentyabrın 17-də 70 yaşı tamam oldu. Lakin sənətçinin yubileyi ilə bağlı heç bir tədbir keçirilmədi.

Bəs xalq artisti doğum gününün təntənəli şəkildə keçirilməməsindən narazıdırmı?

Bununla bağlı AzNews.az-a danışan Səməd Səmədov bu məsələlərə pozitiv yanaşdığını deyib: “Dövlət mənim səhnədə fəal fəaliyyət göstərdiyimi görür. Elə bilirlər cavan oğlanam. Hamıya təəccüblü gəlir ki, doğrudan Səmədin 70 yaşı var? Çoxu bilmir bunu. Hara gedirəm o saat camaatı qaldırıb pozitiv ab-hava yaradıram. İnanmırlar ki, mənim 70 yaşım var. Ona görə də mənim bir narazılığım yoxdur”.

70 illik yubileyini dostları ilə bir arada qeyd edən sənətkar gecənin sürprizlərindən də danışıb: “Yubileyimdə həyat yoldaşımla opüşdük. Gələn il evliliyimizin 40 ili tamam olacaq. 50 illiyimizi, yəni “Qızıl toy”umuzu təmtəraqlı şəkildə qeyd edəcəyəm”.

Geri qayıt