Əsas Səhifə > Şou-biznes > "Özümüzü başqa xalqlara oxşatmayaq, özümüz olaq"

"Özümüzü başqa xalqlara oxşatmayaq, özümüz olaq"


28-09-2016, 08:18
"Özümüzü başqa xalqlara oxşatmayaq, özümüz olaq"
Mən tez-tez toya gedən adam deyiləm, amma o gün sosial şəbəkədə bir xınayaxdı mərasiminin videosuna baxdım. Videoda türk mahnıları, türk adət və geyimləri var idi. Hətta bir an elə bildim ki, bu, Azərbaycanda yox, Türkiyədə keçirilən xınayaxdı mərasimidir.

Bu sözləri əməkdar artist Hüsniyyə Mürvətova el şənliklərində milli musiqimizə, ənənələrimizə az yer verilməsi haqda Axar.az-a danışarkən deyib. O, belə hallardan çox məyus olduğun bildirib:

“Bu haqda status yazdım ki, öz milli folklorumuza, musiqilərimizə yer verməliyik. Statusuma gələn rəylərdən də gördüm ki, insanların çoxu mənim kimi düşünür. Çox xahiş edirəm, heç kim məni səhv başa düşməsin, qınamasın, mən türk xalqına qarşı deyiləm. Türkləri, Türkiyəni çox sevirəm, biz bir millət, iki dövlətik. Sadəcə, sözüm ondadır ki, mən uşaq olanda rayonda necə gözəl - öz adətlərimizə uyğun xınalar, toylar təşkil olunurdu. Yadımdadır, xınadan sonra qızlarımız özünəməxsus kiçik səhnəciklər təşkil edirdi. İndi də sağ olsunlar, aktrisalarımız var ki, əsil adət-ənənəyə uyğun xına mərasimləri təşkil edir. Çox istəyərdim ki, bizim də seriallarımızda, filmlərimizdə xınayaxdı mərasimləri, digər məclislər öz adət-ənənəmizə, folklorumuza uyğun keçirilsin. Biz bir dəfə mənim də rol aldığım “Aramızda qalsın” serialında xınayaxdı mərasimi keçirmişdik. Çox müsbət qarşılanmışdı. İstəyim odur ki, özümüzü başqa xalqlara oxşatmayaq, özümüz olaq. Axı bizim də çox gözəl adətlərimiz, folklorumuz var”.

Geri qayıt