Əsas Səhifə > Şou-biznes > "Dram və faciə janrlarında da özümü sınamaq istərdim"

"Dram və faciə janrlarında da özümü sınamaq istərdim"


31-08-2016, 08:50
"Dram və faciə janrlarında da özümü sınamaq istərdim"
"Bozbaş pictures" serialının "Şirin"i kimi tanınan aktyor Nicat Rəhimov dramatik rollar oynamaq istəyir.

"Bəzən komediya oynayırıq, amma o komik vəziyyətin içində də dramatik səhnələr olur. Çox istərdim ki, nə vaxtsa dramatik rolda da tamaşaçılar məni görsünlər. Özümə inanıram ki, bunu bacararam. Yaxşı rejissor mənim içimdəki o dramatikliyi görməlidir. Bu zaman ortalığa nəsə çıxarmaq olar. Aktyor hərtərəfli olmalıdır, nə rolu versələr, oynamalıdır. Düzdür, tamaşaçılar məni komik rollarla seviblər, amma dram və faciə janrlarında da özümü sınamaq istərdim".(milli.az)

Geri qayıt