Əsas Səhifə > Şou-biznes > "Kurtlar Vadisi" ilə bağlı gözlənilməz ittiham

"Kurtlar Vadisi" ilə bağlı gözlənilməz ittiham


16-08-2016, 09:55
"Kurtlar Vadisi" ilə bağlı gözlənilməz ittiham
"Kurtlar Vadisi"ni çəkən "Pana Film" 15 iyul hərbi çevrilişə cəhd gecəsinin ardından "Kurtlar Vadisi Darbe" filmini çəkəcəklərini açıqlamışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, lakin sosial mediada başqa bir element diqqət çəkib. Belə ki, şirkət filmi çəkəcəyini dünən açıqlasa da, filmin adına uyğun alınan "kurtlarvadisidarbe.com" saytı "darbe"dən 2 ay əvvəl mayın 18-də alınıb. Sayt həmin tarixdə "Pana Film"in rəhbəri Murat Özyerin adına alınıb.

Bu, Tvitterdə "Kurtlar Vadisi çevrilişi qabaqcadan bilirmiş" kimi mübahisələrinin yaranmasına səbəb olub.

"Kurtlar Vadisi" ilə bağlı gözlənilməz ittiham

Geri qayıt