Əsas Səhifə > Şou-biznes > "İlhamə Quliyeva sağlığında ildə 4 dəfə ad günü edirdi"
"İlhamə Quliyeva sağlığında ildə 4 dəfə ad günü edirdi"2-08-2016, 11:04 |
Aparıcı Sərxan Kərəmoğlu mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılovun onun üçün ad günü keçirməsi ideyasına münasibət bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı bunun yaxşı fikir olmadığını söyləyib. S.Kərəmoğlu bildirib ki, həmin mərasimə xərcləniləcək pulu kimsəsizlərə bağışlasın: “Çox dəyərli Eldar bəy, sizə olan hörmətim sonsuzdur. Amma sizi son vaxtlar başa düşə bilmirəm. Öncə İlhamə xanımın məzarında olan səhvləri düzəldin: Azərbaycan və Dağıstanın yox, "Azərbaycan Respublikasının və Dağıstanın" yazılmalıdır. Sonra İlhamə xanımın şəklinə diqqət etsəniz, onun şəkli sizin dediyiniz “Primadonna”ya aid foto deyil. İlhamə xanım sıradan biri olmadığı üçün onun sıradan bir şəkli yox, ona layiq foto həkk olunmalı idi. O ki qaldı sizin keçirmək istədiyiniz gecəyə, ora xərcləyəcəyiniz pullarla kiməsə yardım edin. Ehsanı qocalar evinə və ya kimsəsizlərə verin. Qoy onlardan İlhamə xanıma rəhmət getsin. Rəhmətlik sağlığında ildə 4 dəfə ad günü qeyd edib. Yığdığı qızıl-zinət əşyaları ortalıqda, daha doğrusu kimlərdəsə qaldı. İndi dəvət etdikləriniz hədiyyə gətirəcək, yoxsa nə? Mənə çox maraqlı gəldi. Gərək siz onun üçün xatirə gecəsi keçirəsiniz, əyləncə yox. Rəhmətlik zamanında çox əylənib. İndi də əyləndirməyin, Vallah yazıqdır, imkan verin məzarında rahat yatsın". Qeyd edək ki, E.İsmayılov avqustun 17-də İ.Quliyevanın ad günündə tədbir keçirib, sənət adamlarını ora yığacağını deyib. Geri qayıt |