Əsas Səhifə > Şou-biznes > Sənət adamları AzTV sədrindən niyə narazıdırlar?
Sənət adamları AzTV sədrindən niyə narazıdırlar?29-03-2016, 11:21 |
“Televiziyaçılığa heç bir aidiyyatı olmayan hansısa Alışanov dövlət televiziyasına rəhbərlik edir. Görün, nə qədər antaqonizm, özbaşınalıq, Allahsızlıq, haqsızlıq-ədalətsizlik var ki, Alışanov adlı birisi Şeyx Əbdül Mahmudbəyovu televiziyaya buraxmır” – bu sözləri Azərbaycanın görkəmli kino xadimi, respublika Dövlət mükafatı laureatı Şeyx Əbdül Mahmudbəyov müsahibələrinin birində deyib. Rejissor müasir mədəniyyətimizin problemlərindən danışarkən bu sahədə təbliğatın da zəif və yarıtmaz olduğunu bildirib. O, televiziya kimi strateji qurumu da nəzərdə tutaraq təəssüfləndiyini bildirib ki, indi bir çox sahələrə “qeyri-peşəkarlar, oturduğu vəzifəyə heç bir aidiyyatı olmayan şəxslər rəhbərlik edir”. Bir müddət əvvəl tanınmış müğənni Aslan Hüseynov da AzTV sədrini yerində olmayan şəxs kimi kəskin tənqid etmişdi. O, həmin telekanalda sənət adamlarının efirə buraxılmasını sənət meyarları ilə deyil, “tərbiyəsiz, səviyyəsiz, mədəniyyətsiz” danışan adamların zövqü ilə müəyyən olunduğunu demişdi. Müğənninin AzTV rəhbərini kəskin tənqid edən müsahibəsinə təkrar baxdıqda ciddi nüanslar görəcəksiniz... Geri qayıt |