Əsas Səhifə > Şou-biznes > Boşanan azərbaycanlı məşhur ilginc açıqlama

Boşanan azərbaycanlı məşhur ilginc açıqlama


24-03-2016, 10:57
Boşanan azərbaycanlı məşhur ilginc açıqlama
“Oğlum atasını tanımadı”. Lent.az-ın məlumatına görə, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “Kanal D”-nin “Renkli sayfalar” verilişində deyib. Tanınmış aktyor Tolqa Karellə boşanan Günay növbəti dəfə şəxsi həyatından danışarkən deyib ki, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb: “Heç kim boşanmaq üçün evlənmir, hər ailədə problem olur. Tolqa ata olmağın məsuliyyətini anlamadı. Ümumiyyətlə, bütün atalar uşaqlarına qarşı diqqətli deyil, yük ananın üzərinə düşür. Ailəmizdə zorakılıq var idi. Döyülməmişəm, mənəvi zorakılığa məruz qalmışam. Ən çətini də budur. Tolqa iki ildir, oğlunu görmür. Bu müddət ərzində bir dəfə gəlib, Cihangirlə foto çəkdirib, getdi. Cihangir onu tanımadı. Mən çox istəyirəm ki, övladım atası ilə vaxt keçirtsin. Bütün bunlar oğluma pis təsir edir. Üzünüz hər zaman gülsə də, uşaqlar hər şeyi başa düşürlər. Mənim xoşbəxt olmamağım ona da təsir göstərir”.

Qeyd edək ki, G.Musayevadan ayrılan T.Karel ailə qurmağa hazırlaşır.

Geri qayıt