Əsas Səhifə > Şou-biznes > "Mən evimdə müğənni deyiləm, evimin kralıyam"

"Mən evimdə müğənni deyiləm, evimin kralıyam"


23-03-2016, 10:02
"Mən evimdə müğənni deyiləm, evimin kralıyam"
Müğənni və bəstəkar Ceyhun Əliyev şou-biznesdə uğurlu və uğursuz ailələrdən danışıb.

Gecce.az xəbər verir ki, gənc ailə başıçısı olan Ceyhun ailəni qoruyub saxlamağın çətinliklərindən bəhs edib:

"Ailəmin məsuliyyətini daşıyıram. Toydan,tədbirdən çıxan kimi evə, ailəmin yanına gedirəm. Amma bu hər şey deyil. Bu həyatda heç kim uzunömürlü ailəli kimi sığortalanmayıb. Hətta valideynlərin məsləhəti ilə evlənən ailələr qısa zamanda dağılıb. Əgər cütlük xoşbəxt deyilsə, buna səbəb onun müğənni, yaxud bank işçisi və s olması deyil. Sadəcə, sənətçilər məşhur olduğu üçün boşanma, evlənmə xəbəri sürətlə yayılır.

Cenifer Loppez bir neçə dəfə ailə həyatı qurub. Hətta həyat yoldaşlarından biri ona xidmət göstərən ofisiant olub. Sevgi üzərində qurulan evliliklər də bir gün bitir. Bunu da səbəblərindən biri səbrsizlikdir. Ailədə mütləq güzəştə getməyi bacarmalıyıq. Bizim də ailədə söz-söhbət olur. Kim deyirsə "yağ-bal kimiyik", inanmayın. Çünki çəkişməsən bərkiməssən. Amma çəkişmələr də məhkəmə salonuna kimi sürməməlidir. Təəssüf ki, ətrafımızda belə insanlara az rast gəlmirik. Boşanma xəbəri eşidəndə üzülürəm, bir evin çırağı sönür. Şou-biznesdə boşanmaları heç istəmirəm. Xanım sənətçilər üçün həm ailəni, həm sənətçi bir arada yürütmək çətin və məsuliyyətlidir".

C.Əliyev ailəsindən danışıb:

"Mən evimdə müğənni deyiləm, evimin kralıyam, həyat yoldaşıyam, atayam. Evdə qazda, işıq da kəsilə bilər. Onda ulduz kaprizi edib,kənara çəkilmirəm ki... Amma elə müğənni tanıyıram ki, evində sayğacın yerini belə bilmir. Məsləyindən asılı olmayaraq, hər bir ev sahibi hər şey nəzarətində saxlamalıdır. Ailəmizə güvəndiyimiz qədər, qazandığımız pulun sağ-solunu da bilməliyik".

Geri qayıt