Əsas Səhifə > Şou-biznes > "Bəzi müğənnilər qiymətlər qalxdı deyə, toy qiymətlərini artırdılar"

"Bəzi müğənnilər qiymətlər qalxdı deyə, toy qiymətlərini artırdılar"


23-03-2016, 09:37
"Bəzi müğənnilər qiymətlər qalxdı deyə, toy qiymətlərini artırdılar"
Müğənni Ceyhun Əliyev devalvasiyanın bayram hazırlığına təsirindən danışıb. Müğənni SİA-ya açıqlama verərək bunları deyib: "Şəkərbura, paxlavalar bişir, bayram süfrələri açılır. Bir də indi pəhriz dövrüdür. Çox evlərdə insanlar yeməyi bu nöqteyi-nəzərdən azaldıblar. Amma bayram axşamı mütləq milli mətbəximizdən dadmalıyıq. İnsanlar büdcəsinə qənaət edir ki, sabaha xərcləməyə pulu yetsin. Amma Novruzun ruzi-bərəkətini süfrəmizdə göstərməliyik. Mən ənənələrə bağlı insanam. Bunu ailəmə də aşılayıram. Övladıma indidən başa salıram ki, milli bayramımız necə keçirirlir, hansı atributları süfrəmizə düzülməlidir və s".

Qazancı toylardan çıxan C.Əliyev maliyyə çətinliyin öhdəsindən gəlməyə çalışdığını bildirib: "Problem toylarda da özünü göstərir. Bəzi müğənnilər var ki, camaatda pul azalanda, qiymətlər qalxdı deyə, toy qiymətlərini artırdılar. Mənə də təklif edənlər oldu. Amma artırmadım. Çalışaq ki, milli bayramımızda problemləri bir kənara qoyaq. Allah hər kəsin ruzisini yetirir. Mənə elə gəlir ki, böhran Novruz bayramından sonra aradan qalxacaq. Bir az səbr etmək lazımdır".

Geri qayıt