Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisadan İstanbul terroruna fərqli yanaşma

Azərbaycanlı aktrisadan İstanbul terroruna fərqli yanaşma


22-03-2016, 10:01
Azərbaycanlı aktrisadan İstanbul terroruna fərqli yanaşma
Keçən həftə İstanbulun mərkəzində baş verən terror hadisəsi məşhurların da İnstaqram paylaşımlarında özünü göstərib.

Axşam.az-ın məlumatına görə, ulduzlar terroru lənətləyən, kədərlərini, başsağlıqlarını bildirən qeydlər və fotolar paylaşıblar. Türkiyənin məşhur aktrisası, azərbaycanlı Nəsrin Cavadzadənin paylaşımı isə daha çox təqdir edilib. Media "hökümət əleyhinə açıqlamaları ilə qorxu içində olan xalqı bir az da təşvişə salanların əksinə Nəsrin fərqləndi" yazıb.

O, yorğun görünən bir fotosunu paylaşaraq "Məmləkət kimi halım..." yazıb. İstifadəçilər fotonu "eynən, yorulmuş, narahat, amma yenə də gözəl" kimi şərh ediblər.

Azərbaycanlı aktrisadan İstanbul terroruna fərqli yanaşma

Geri qayıt