Əsas Səhifə > Şou-biznes > “Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var”

“Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var”


7-03-2016, 09:21
“Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var”
Ermənistan xüsusi xidmət orqanlarının qadın alverçiləri, qeyri-ənənəvi oriyentasiyalı şəxslər üzərindən Azərbaycanın şou aləminə nüfuz etmələrinin şok detalları üzə çıxıb. Əlimizə çatan məlumatlar onu deməyə əsas verir ki, düşmən ölkənin xüsusi xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana keçərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan və Türkiyədə agent şəbəkəsini qura biliblər.

Redaksiyamıza təqdim olunan videolardan və Türkiyə mətbuatında zaman-zaman dərc edilən yazılardan belə aydın olur ki, Ekmalyanlar Gürcüstana köçdükdən sonra orada Şamanauri soyadı götürməklə Gürcüstan vətəndaşlığını qəbul ediblər. İddialara görə Ekmalyanlar Ermənistan vətəndaşlığından da imtina etməyiblər. Ailə üzvlərindən bəzilərinin Rusiya vətəndaşlığını qəbul etdikləri haqda da xəbərlər var. Türkiyədə Şamanaurilərin tanınmış nümayəndələri modelyer Ramazzodur.

Ramazzo zaman-zaman Azərbaycanda keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alıb. Onun anası Marina Şamanauri hazırda Gürcüstanda yaşayır. Onu 2014-cü ildə Türkiyədə oğlunun adı keçən müdhiş fihuş əməliyyatının sonucu olaraq deport ediblər. Türkiyə mətbuatının yazdığına görə Ramazzonun özünü isə 2015-ci ildə girov qarşılığında azad ediblər. Qeyri-ənənəvi oriyentasiyalı Ramazzonun anası Marina özünü hər yerdə Marina Şamanauri kimi təqdim etsə də, sosial şəbəkədə Marina Ekmalyan Şamanauri kimi qeydiyyatdan keçib. İnternetdə qısa axtarışımız zamanı Ramazzonun və onun seks-köləliyə cəlb etdiyi modelyer qadınların Türkiyə hüquq mühafizə orqanları tərəfindən saxlanılması əks olunan bir neçə video materialla tanış olduq. Həmin videolardan birinə

https://www.youtube.com/watch?v=9Yfd8sbMlWE ttps://www.youtube.com/watch?v=9Yfd8sbMlWE linkə tıklamaqla tamaşa edə bilərsiniz.

Odnoklassniki şəbəkəsində Marina Ekmalyan Şamanauri fotolarını sırf dostluğunda olan bəzi şəxslərə baxmağa izn verib. Polis saxlayarkən özünü azərbaycanlı kimi təqdim edir. Qeyd etdiyimiz kimi, onun oğlu Türkiyədə modelyerdir. Ramazzo adı ilə tanınır. Əsl adı Ramazdır. Gürcüstan pasportunda soyadı Şamanauri kimi keçir. Faktiki isə soyadı Ekmalyandır. Ramazzo 2012-ci ilin fevralında Türkiyədə qadın alveri ittihamı ilə saxlanıb. Həmin vaxt Türkiyə polisinin keçirdiyi geniş əməliyyat haqda Azərbaycan mediası da yazmışdı.

Belə gümanlar da var ki, erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi Azərbaycanlı iş adamları, ölkəmizdən olan ən müxtəlif peşələrin sahiblərinin yataq səhnələrini gizli olaraq çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar.

Belə gecələrin yataq səhnələri də gizli olaraq videoya çəkilib. Ehtimallar var ki, seks-köləliyə məcbur edilən modelyerlər sonradan videolarının yayılacağı şantajı ilə modelyer çetesinin təsiri altına alınıb. Mümkündür ki, Rusiya və Ukraynadan olan modellərlə gün keçirən azərbaycanlılar da modelyer çetesinin təsirinə alınıblar. Azərbaycana qayıdan model xanımların üzərindən modelyer çetesinin Ermənistan xüsusi xidmət orqanlarına məlumat ötürmələrini də təxmin etmək çətin deyil.

Modelyer Ramazzonun xalası Karina Karapetyan hazırda Gürcüstanda yaşayır. Qızı Kristina Karapetyan da modelyerdir. Ramazzo Azərbaycana tez-tez səfərlər edir, onun Azərbaycanın şou aləmi ilə sıx əlaqələri var. Redaksiyamıza şou aləmin həmin üzvlərinin bir neçəsinin adları bəlli olsa da, açıqlamırıq. Hesab edirik ki, bu iddiaların yoxlanılması vəzifəsini daşıyan orqanlar hərəkətə keçib kifayət qədər ciddi olan bu məsələni araşdıracaqlar.

Mövzuya qayıdacağıq.

Geri qayıt