Əsas Səhifə > Siyasət, Manşet > Baba Rzayev Sabunçudakı adamı ilə bacara bilmir?
Baba Rzayev Sabunçudakı adamı ilə bacara bilmir?21-01-2016, 09:08 |
DİA.AZ: - «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Toğrul Rəhimovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. DİA.AZ-a müraciət edən şikayətçilərin bildirdiyinə görə, əvvəllər polis rəisi işləmiş idarə rəisi hələ də hüquq-mühafizə orqanının ab-havasından ayıla bilməyib. İddialara əsasən onun idarəyə rəis təyin olunmasından sonra Sabunçu rayon sakinlərinin elektrik enerjisi ilə təminatında müəyyən axsamalar və ciddi nöqsanlar müşahidə edilməyə başlayıb: «Bu idarədə işləyən şəxslərin bir çoxu camaatı incitməklə məşğuldur. Məsələn, abonentlərə şişirdilmiş borclar yazılır, sayğaclara kənar müdaxilələr olunur və işıq çəkdirmək istəyən vətəndaşlar əsassız yerə incidilir. İdarənin rəhbəri bütün işçilərinə tapşırıb ki, kim yeni tikdiyi fərdi yaşayış sahəsinə işıq xətti çəkmək istəyirsə, dövlət rüsumu ilə yanaşı, əlavə «şirinlik» də verməlidir. Əks halda, həmin vətəndaşın müraciətinə baxılmır. Bəzi hallarda rayon ərazisində yerləşən bahalı villaların borcu kasıb camaatın ayağına yazılır. İdarənin rəhbəri yalnız öz mənfəəti üçün çalışır. Bu səbəbdən Sabunçu rayonunun qəsəbələrində və kəndlərində işığın verilməsində tez-tez fasilələr yaranır. Havalar soyuyandan bəri elektrik enerjisinin verilişində mütəmadi olaraq fasilələr olur. İşıqların tez-tez sönüb yanması həm evlərin soyuq olmasına, həm də mənzillərdə olan məişət cihazlarının sıradan çıxmasına səbəb olur. Toğrul Rəhimov ona həvalə edilən işlərin öhdəsindən gələ bilmir». Xatırladaq ki, bir müddət əvvəl bəzi mətbuat vasitələrində Toğrul Rəhimovla bağlı ilginc iddialar yayılıb. Həmin məlumatlarda bildirilirdi ki, idarə rəisi bahalı maşını ilə işə gedib-gələrkən onun üçün yollar bağlanır. Hadisə şahidlərinin dediyinə görə, Rəhimovun maşını üçün rəhbəri olduğu idarənin qarşısında xüsusi yer var. Və orada heç kim maşın saxlaya bilməz. Buna cəsarət edən isə elə idarə rəisinin mühafizəçiləri tərəfindən başa salınır: «Toğrul Rəhimovun mühafizəçi ilə gəzməsinin konkret səbəbləri məlum deyil». Şikayətçilər DİA.AZ-a onu da bildiriblər ki, dəfələrlə Toğrul Rəhimovla bağlı "Azərişıq" rəhbərliyinə müraciət etəsələr də, şikayətləri qulaqardına vurulub: "İndi biz bilmirik ki, Toğrul Rəhimovdan kimə şikayət edək. Bizə kömək edin". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |