Əsas Səhifə > Siyasət, Manşet > İxtisarlar Rayon İcra Hakimiyyətlərinə də çatır

İxtisarlar Rayon İcra Hakimiyyətlərinə də çatır


14-01-2016, 08:55
İxtisarlar Rayon İcra Hakimiyyətlərinə də çatır
Neftin dünya bazarında kəskin ucuzlaşması Respublikamıza daxil olan valyutanın bir neçə istiqamət üzrə azalmasına səbəb oldu. Uzun müddətli bu proses bütün ölkələrdə olduğu kimi Azərbaycana da təsirsiz ötüşmədi. Hər yerdə ixtisarlar, idarəetmənin optimallaşdırılması artıq RİH-də işləyən vəzifəlilərə də şamil edilməsi üçün nəzərdən keçirilir. Bir müddət əvvəl RİH başçılarının Aqrar Məsələləri üzrə müavini vəzifələrinin ləğv edilməsi də deyəsən, son deyil.

Faktinfo.az saytının əldə etdiyi məlumatlara görə, bu yaxınlarda RİH-də ixtisarlar aparılacaq. Lazımsız ştatların ləğvi mümkünləşəcək, bir-birini təkrarlayan şöbələr birləşdiriləc. Bununla beləRİH-də referent, təlimatçı vəzifələrində çalışan şəxslərin ixtisar olunacağı, yaşı 65-ə çatan şöbə müdirilərinin təqaüdə göndəriləcəyi istisna olunmur.

Məlumat üçün bildirək ki, RİH-də onlarla lazımsız vəzifələrdə şəxslər çalışır ki, onların dövlətə bir faydası yoxdur. Rayon idarəetməsində nəzərə çarpmayan belə vəzifə sahibləri bir tərəfdən dövlətə iqtisadi yük, digər tərəfdən rayon təşkilatlarına, sahibkarlığa maneədirlər. Heç bir iqtisadi səmərəsi olmayan belə vəzifələrin ləğv edilməsi, vəzifəlilərinin ixtisara salınması neftin qiyməti dünya bazarında 100 dollar olsa belə məqsədəuyğundur.

Ölkə prezidenti İlham Əliyev 10 yanvar 2016-cı il Nazirlər Kabinetinin iclasında haqlı olaraq vurğuladı ki, vəzifəsi bir-birini təkrarlayan ştatlar ləğv edilməli, struktur islahatları aparılmalıdır.

Geri qayıt