Əsas Səhifə > Siyasət, Manşet > Uşaq bezinin qiymətini kəllə-çarxa qaldıran keçmiş deputata belə etiraz olundu...
Uşaq bezinin qiymətini kəllə-çarxa qaldıran keçmiş deputata belə etiraz olundu...12-01-2016, 09:03 |
Milli Bankın devalivasiya qərarından sonra 48 faiz dəyərdən düşən manat biz çox iri biznes sahiblərini çıxılmaz vəziyyətə salıb. Bəzi iri şirkətlər və dövriyyəsi böyük olan biznes sahibləri xaricdən gətirdikləri malların satışına məhdudiyyət qoymağa başlayıblar. Daha doğrusu, hakimiyyətin qoyduğu tələbdən ehtiyat edərək, fəaliyyətlərini davam etdirsələr də, yenə də bildiklərindən qalmırlar.Məlumata görə, son dövrlər Bakıda aptek və dükanlarda “Pampers” markalı uşaq bezləri yoxa çıxmağa başlayıb. Xüsusən də 5 və 6 ölçülü uşaq bezlərini tapmaq müşkülə çevrilib. Üstəlik, tapıldıqda da ən azı əvvəlki qiymətindən 40 qəpik baha olduğu da diqqəti çəkir. Səkinə Məmmədova adlı şikayətçi bildirir ki, təzə aldığı “pampers” bezlərinin əksəriyyəti yararsızdır: “Pampers” firmasinin bezini almışam. 54 ədədlik qutunda bir çox bezlərin bağlanan hissəsi yoxdur. Bunların məqsədi nədir? Nəyə görə əziyyətlə qazandığım pula aldığım istifadəyə yararsız olmalıdır?” Apardığımız araşdırma zamanı məlum olub ki, dükan işlədənlər “Pampers” uşaq bezlərinin qəhətə çıxmasını səbəbini topdansatış firmalarının həmin məhsulu satmamaları ilə izah ediblər. Onlar qeyd ediblər ki, sözügedən uşaq bezlərinin qiymətini qaldıra bilməyən topdansatış firmaları, zərərə düşməmək üçün onun satışını dayandırıblar. Ən maraqlısı isə “Pampers” uşaq bezləri və bəzi uşaq qidalarını Azərbaycana gətirən şəxsin kimliyidir. Bu məhsulları ölkəyə gətirən “Diplomat-1” firmasıdır və onun da rəhbəri sabiq deputat Aslan Cəfərovdur.1973-cü il təvəllüdlü Cəfərov deputatlıq fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra biznesinin başçına keçib. O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir və son günlər “Pampers” bezlərinin yoxa çıxmasının səbəbkarı da elə sabiq deputatdır. Çünki A.Cəfərov dollar 1 manata olan dövrdə aldığı məhsulları indiki qiymətə satmaq istəmir. Böyük zərərlə üzləşməmək üçün xaricdən aldığı malların satışını dayandırıb. Yalnız məhdud sayda malı baza buraxdırır ki, diqqəti yayındıra bilsin. Lakin sabiq deputatın biznesi əvvəlki tək sığortalanmayıb. Böyük pulları idarə etmək üçün mandat səlahiyyətindən məhrum olan Cəfərovun bu sahədə rəqibləri də çoxalıb. Belə olan halda azad rəqabətə öyrəşməmiş sabiq deputatın biznesi hara qədər idarə edəcəyi sual altındadır. Bu əsnada o da məlum olub ki, yaxın günlərdə “Pampers” uşaq bezlərinin qiymətinin daha 50 qəpik bahalaşacağı gözlənilir. Bu barədə apteklərə artıq xəbərdarlıq edildiyi bildirilir. DİA.AZ bildirir ki, “Pampers” uşaq bezlərinin qiymətinin kəskin şəkildə bahalaşması sosial şəbəkələrdə də geniş müzakirə olunub və "Facebook"da hətta etiraz olaraq belə bir kollaj da paylaşılıb... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |