Əsas Səhifə > Siyasət, Manşet > Əkbər Hacıyevin işçilərindən daha bir özbaşınalıq

Əkbər Hacıyevin işçilərindən daha bir özbaşınalıq


8-01-2016, 08:52
Əkbər Hacıyevin işçilərindən daha bir özbaşınalıq
Sumqayıt şəhər sakini Quliyev Əzizulla Bolgexeber.com-un elektron poçtuna şikayət məktubu göndərib. Narazı vətəndaş Sumqayıt Qaz İstismarı idarəsinin işçilərinin ona qarşı etdiyi əməllərindən şikayətçidir. Həmin müraciəti olduğu kimi təqdim edirik:

Sumqayıt şəhər, “Corat bağları” yaşayış massivi, 615 ünvanında yaşayan Quliyev Əzizulla Hüseyn oğlu tərəfindən

Müraciət

"Hörmətli redaksiya, mənim şikayətim Sumqayıt Qaz İstismarı idarəsindəndir.Mən 2012-ci ildə işemik insult xəstəliyinə tutulmuşam.Bir tərəfim iflic vəziyyətindədir,yəni işləmir.Ailəmiz iki nəfərdən ibarətdir;60 yaşında yoldaşım və mən. 2014-cü il 14 oktyabrında yaşadığım evin mexaniki sayğacı dəyişdirilib, “smart-kart” tipli elektron qaz sayğacı ilə əvəz olunub. Sayğac dəyişdiriləndə mən Qaz İstismarı İdarəsinin işçilərinin yanında idim.Onlar üç nəfər idilər,sahə rəisi Azər müəllim və 2 nəfər işçi. Köhnə sayğacı çıxardıb,yenisi ilə əvəz etdilər. Lakin sayğaca müdaxilə olunması barədə mənə heç bir söz deyilmədi. Köhnə sayğacı yenisi ilə əvəz etdiklərinə görə mənə akta qol çəkdiriblər.Həmin zaman mənə bildirdilər ki,səhər gəlib kartını idarədən götürə bilərsən. Lakin səhəri Sumqayıt Qaz İstismarı idarəsinə getdikdə mənə dedilər ki,köhnə sayğaca müdaxilə olunub və sən 97 manat cərimə olunursan. Bu sözlərdən sonra mən rəisə müraciət etdim. Müdir bu işə baxılmasını işçılərinə tapşırdı. Amma buna baxmayaraq bu işə heç kəs ciddi yanaşmadı. Bir ildən artıqdır ki, xəstə və yaşlı adamları, məni və yoldaşımı get-gələ salıblar.Hal-hazırda cəriməyə görə abonent olaraq kodumuz bağlıdır. Hər ay idarəyə gedib xahiş-minnət ilə kartı yüklədirik ki, qaz xəttimiz kəsilməsin.
Lakin buna baxmayaraq cərimənin ödənməsini tələb edirlər.Halbuki sayğac dəyişilməyənəcən ona biz tərəfdən heç bir müdaxilə edilməyib.Əgər sayğaca müdaxilə olmuşdusa Qaz İstismarı idarəsinin əməkdaşları bunu yerindəcə mənə bildirməli idilər. Ancaq onlar bunu mənə sayğac çıxarılıb aparılandan sonra deyiblər ki,bu da qanunsuzluqdur. Axı sayğac başqa yerə aparıldıqdan sonra mən ona heç cürə cavabdeh ola bilmərəm. Sayğac yolda və ya saxlanıldığı anbarda da zədələnə bilər.Bu mənim günahım deyil ki?!!Bundan başqa köhnə sayğac ümumiyyətlə həyətimizdən 70 metr aralıda,3 metrə qədər hündürlükdə quraşdırılıb,özü də demək olar ki,açıq şəkildə olub.Sayğacda kişik cızığı əsas gətirib müdaxilə adı ilə cərimə yazıblar,halbuki bundan bizim xəbərimiz yoxdur. Burada bizim günahımız olmaya da bilər .Üstəlik bizim sayğac qaz idarəsinin işçiləri tərəfindən iki dəfə dəyişdirilib. Bizim sayğaca nəzarət etmək imkanız da yoxdur əslində.
Mən indi imkansız ola-ola aldığım az təqaüddən 97 manat cərimə ödəməliyəm. Xəstə olduğum üçün bilmirəm dərmanlara pul verim yoxsa ,cəriməni ödəyim?!
"Azəriqaz" İstehsalat Birliyinin sədri cənab Əkbər Hacıyev müraciət edirəm ki,mənim şikayətimə baxıb tədbir görəsiniz,adıma yazılan haqsız borcun araşdırılmasına göstəriş verəsiniz.
Hörmətlə,Quliyev Əzizulla Hüseyn oğlu
Sumqayıt şəhər, “Corat bağları” yaşayış massivi, ev 615-in sakini "

Geri qayıt