Əsas Səhifə > Siyasət, Manşet > Kəskin devalvasiya təklifini Samir Şərifov verib
Kəskin devalvasiya təklifini Samir Şərifov verib28-12-2015, 08:38 |
Devalvasiya lə bağlı müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri Samir Şərifov tutub. Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, devalvasiyadan öncə maliyyə blokuna daxil olan şəxslərin toplantısı keçirilib: Toplantıda Mərkəzi Bankın sədri Elman Rüstəmov yumuşaq devalvasiya təklif edib – 1 dollar 1 manat 15 qəpik. E.Rüstəmov təklifini hərtərəfli əsaslandırıb, yəni həm iqtisadi, həm maliyyə, həm də sosial baxımdan. Ancaq maliyyə naziri Samir Şərifov Neft Fondunun itkilərini əsas götürürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra Samir Şərifovun təklifi qəbul edilib, E.Rüstəmov isə başını bulayaraq toplantını tərk edib. Geri qayıt |