Əsas Səhifə > Siyasət, Manşet > Ağsuda sular niyə durulmur....

Ağsuda sular niyə durulmur....


25-12-2015, 08:55
Ağsuda sular niyə durulmur....
Ağsu rayonunda icra başçısı Ənvər Seyidəliyevin zülmünə, yarıtmaz idarəediciliyinə etiraz əlaməti olaraq bir qrup rayon sakini cumhuriyyət.az-ın elektron poçtuna müraciət ediblər. Ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə Ağsu rayon sakinləri tərəfindən ünvanlanan şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Cənab prezident və cənablar. Bizim Ağsu sakinləri, on ilə yaxındır ki, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevin qanunsuz əməllərindən yazmadığımız dövlət strukturu, nazirliklər və instansiya qalmayıb. Bizim haqlı şikayətlərimizə cavab verirlər ki, müraciətinizə baxılır, sizə bu barədə cavab veriləcək. Ümumiyyətlə, şikayət məktublarımız əlaqədar şəxs Ə. Seyidəliyevin üzərinə göndərilir. Cənab prezident, sual edirik bu vəziyyət nə vaxta qədər davam edəcək?
Cənab prezident, sizin vətəndaşların müraciətlərinə baxılması barədə fərman və sərəncamlarınızı Ağsu rayonunda Ənvər Seyidəliyev vecinə almır. İndi isə sizə icra başçısının qanuna zidd əməllərini xatırlatmaq istəyirik.
1. Ənvər Seyidəliyev icra başçısı olan kimi, 2010-cu ildə Ağsu rayonunun 16-kəndinin Sovet dövründə qurulmuş melorasiya borularını 2-2, 5 metr dərinlikdən sökərək metalloma satdı. Həmin kəndlərin torpaq sahələri heç bir əkinçilik üçün yaramır, artıq torpaqlar şoranlaşıb.
2. Ənvər Seyidəliyev Ağsu üçün Quzey kəndindən çəkilən bulağın borularını Hacıqədirli və Ərəbmehdibəy kəndlərində sökülmüş melorasiya borularıdır ki, həmin boruların əvəzində Dövlət büdcəsindən 800. 000 (səkkiz yüz min) pulu mənimsədi. Həmin bulağın suyu heç nəyə yaramır.
3. Ağsu şəhərində vərəm dispanseri yandırıldı və onu özəlləşdirdi.
4. Ağsu şəhərində maşın və traktorların birliyi 5 ha (beş) özəlləşdirildi.
5. Rayon xəstəxanasının yanındakı yarımçıq tikili olan bağça binasını Səlim Müslümov özəlləşdirib.
6. Hər il Ağsuda 200 ha torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir, yaxud əkilmir, ancaq supsudiyalar mənimsənilir.
7. Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılmış və əldə edilən maliyyə vəsaitləri mənimsənilmişdir.
8. Ağsuda hər ildə 2-3 yeni məktəb binaları tikilir ki maliyyə vəsaitləri mənimsənilir.
9. Ağsuda Ənvər Seyidəliyev tərəfindən saxta dərmanlar istehsal olunur, hətta qonşu rayonlarda satılır.
10. Bico kəndində 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən hektarı 2100 azn-ə alınmışdır. Torpaq alqısı hələ də davam etməkdədir.
11. Girdiman çayında S. Müslümovun drabilkası və daş karxanası vardır. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib.
12. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri vardır. Bu rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir.
13. Təzə tikilən xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev tərəfindən mənimsənilib.
14. Belə çirkli pullar hesabına, Bakı şəhəri-Badamdartda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon azn olan 2 villası vardır.
15. Rayonda olan bütün vəzifələr, öz qohumlarının əlindədir.
16. Ənvər Seyidəliyev süpürgəçini belə özü rüşvət alaraq işə qəbul edir.
17. Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə ayrılmış dövlətin 51 millyon azn pulunu hara xərclədiyi hələ də məlum deyil.
18. Ə. Seyidəliyev cənab prezidentin bu ilin sentyabr ayında Ağsuya səfəri zamanı 5-dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığını, artıq istifadə olunduğunu deməklə cənab prezidenti aldadaraq ona yalan məlumat vermişdir.
19. Cənab prezident və cənablar. 87-saylı Ağsu-İsmayıllı seçki dairəsində seçkidə Səlim Müslümov və Ənvər Seyidəliyev tərəfindən Tahir Kərimli saxta yollarla deputat elan olunmuşdur.
20. Tahir Kərimli (şaxta baba) Ənvər Seyidəliyevin qudası Zahirin bacanağıdır. Orada Səlim Müslümov Araz Əlizadəni yoxsa Tahir Kərimlinin 3-ay əvvəlcədən siyahı üzrə deputatlığı təsdiq olunmuşdur. Lakin S. Müslümov T. Kərimlinin zakazını dayısına tapşırmış, dayısı isə canfəşanlıqla onu deputat elan etdirmişdir.
21. Cənab prezident və nazirlər. 1993-cü ildə dahi liderimiz H. Əliyevin Azərbaycana qayıdışı zamanı T. Kərimlinin liderimizə qarşı xuliqanlıq hərəkəti, hamımızın yaddaşındadır. O, vaxtı deputatlar məclisə silahlı gəlirdilər. Bu H. Əliyevi məhv edə bilərdi. Sağ olsun xalq şairi Bəxtiyar Vahabzadə. O, vəziyyəti tənzimləməyi bacardı. T. Kərimlini müxalifət partiyasının sədri bilənlər bilməlidirlər ki, o partiyada təkdir. Dünənə kimi də liderimizin və dövlətimizin arxasınca danışırdı. Bu gün Mahmudovlar podvallarda, lakin oliqarx S. Müslümov və onun dayısı Ə. Seyidəliyev öz mülklərini qorumaq üçün çaşıblar ki, T. Kərimli kimi birisini deputat təyin elətdirdilər.
Yuxarıdakıları nəzərə alaraq Əliyevçi olaraq tələb edirik. Bu oliqarxlara qarşı cənab prezident və nazirlər ehtiyyatlı olsunlar. Konstitusiyamızın bizə verdiyi səlahiyyətlərdən istifadə edərək tələb edirik ki, bu məmurlar ciddi şəkildə nəzarətə götürülsünlər.
Hörmətlə dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən bir qrup Ağsu sakinləri.
Redaksiyadan:Cumhuriyyət. az olaraq qeyd edirk ki, müraciətdə olan bütün sözləri olduğu kimi dərc etmişik. Yazıda adları keçən bütün şəxsləri dinləyib fikirlərini dərc etməyə hazırıq.

Geri qayıt