Əsas Səhifə > Siyasət, Manşet > Qubada yenə alma yetişmir.... üsyan yetişir...
Qubada yenə alma yetişmir.... üsyan yetişir...24-12-2015, 08:41 |
“Quba üsyanı”ndan sonra rayonda vəziyyətin düzələcəyinə, iqtisadi-sosial inkişafa yönəlik layihələrin həyata keçiriləcəyinə ümid edənlərin ümidləri qısa zamanda alt-üst oldu. Məlum oldu ki, icra başçısı Yaşar Məmmədov rayonda iqtsadi inkişaf üçün nəzərdə tutulan heç bir layihəni icra etməməklə yanaşı, öz təşəbbüsü ilə iş görmək niyyətində olan sahibkarların da qarşısına sədd çəkib. Bizimxeber.az-a daxil olan məlumata görə, Qubanın icra başçısının sahibkarlardan pul almaq üçün özəl metodları var. Başçı öz planını “uğurla” icra edir və nəticələrini də almaqdadır. Belə ki, o, rayonda daha əvvəllərdən fəaliyyət göstərən, eyni zamanda yenicə müəyyən sahələrə sərmayə qoymağa çalışan iş adamları şəxsən özünün qəbuluna çağırır. Onlarla təkbətək söhbət edir, iş adamının fəaliyyətini xeyli tərifləyir və şəxsən öz tərəfindən ona hər cür dəstək veriləcəyinə inandırır. Hətta bir müddət bu sözünün üstündə duran icra başçısı beləcə həmin sahibkarı özünə tamamilə əmin edir. Sonrakı əsas mərhələ də bundan sonra başlayır. Bu mərhələ artıq iş adamları üçün kabusdur. Hətta sahibkarın əlində olan obyektlərin mənimsənilməsi də növbəti mərhələdə icra başçısı tərəfindən həyata keçirilir. Rayona rəhbər təyin edildiyi bir ildən də az müddətdə sahibkarları bu qayda ilə bölgədən uzaqlaşdıran icra başçısı “boşluqları” doldurmaq üçün ancaq yaxın ətrafından istifadə edir. Qubada bir çox obyektləri müxtəlif yaxın adamlarının adına özəlləşdirən icra başçısının bu “qaydalarına” qarşı çıxan hər bir sahibkar müflisləşməni gözü önünə almalıdır. Başçının qaydalarına tabe olmadan fəaliyyət göstərməyə çalışan sahibkarın Qubadan didərgin salınması üçün ən müxtəlif vasitələr axtarılıb tapılır ki, bundan da qazanan ilk növbədə Yaşar Məmmədov olur. Rayonda vəziyyət o həddə çatıb ki, illərlə becərilən alma bağları da icra başçısı tərəfindən “özünüküləşdirilir”. Bağa qulluq etmək üçün tələb olunan vəsaiti tapmayan bəzi bağ sahibərindən öz adamları tərəfindən həmin bağları icarəyə götürən basic qısa müddət sonra həmin ərazilər də özününkünə çevirir. Hektarlarla meyvə bağı müqabilində sahiblərinə cüzi midarda pul təklif olunur ki, bununla razılaşmayanlar sonra məhsulun bazara çıxarılması imkanından məhrum edilir. Yaxın zamanda soyuducu xidmətindən istifadə edərək malın qış aylarında satışı üçün saxlanmasına da icazə verilmir. Buna görə də bağ sahibləri icra başçısının təklif etdiyi məbləğlı razılaşmağı hər şeyini itirib tamamilə müflis olmaqdan daha yaxşı yol hesab etməli olur. Başqa sözlə Qubanın icra başçısının əməllərindən bezən əhalinin ikinci dəfə “üsyana” qalxma ehtimalı günbəgün artır. Geri qayıt |