Əsas Səhifə > Siyasət, Manşet > Bu rayonda səhiyyə məsələsi rəsmən problemə çevrilib...
Bu rayonda səhiyyə məsələsi rəsmən problemə çevrilib...21-12-2015, 08:56 |
İsmayıllı səhiyyəsindəki mənimsəmələrə görə səhiyyə nazirliyi susmağa üstünlük verir. Bəs maliyyə nazirliyi nə cavab verəcək? Son günlər cumhuriyyət.az olaraq İsmayıllı səhiyyəsindəki qruplaşmalar haqqında bir sıra yazılar dərc etməklə yanaşı eyni zamanda məlum müəssisədə maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra faktları detallı şəkildə dərc etmişik. Yazılarımızda ölkənin şöhrətləndirilmiş səhiyyə naziri cənab Oqtay Şirəliyevə bir sıra suallar ünvanlamışdıq. Açığı rayon səhiyyəsindəki qruplaşma üzvülərinin kimlərdən ibarət olması, nə qədər mənimsəmələr olması ilə bağlı o qədər şəffaf informasiya sərgiləmişdik ki, hesab edirdik ki, nazir Oqtay Şirəliyev bu məsələyə dərhal reaksiya verəcək və müəssisədə ciddi araşdırma və yoxlamalara start verəcək. Ancaq gözləntilərimiz özünü doğrultmadı. Cənabü nazirdən səs-səmir çıxmadı. Atalar deyib ki, susmaq razılıq əlamətidir. Deməli, bu anlama gəlinir ki, nazir haqqında səsləndirilən fikirlərlə razılaşır və süküta üstünlük verir. Oqtay Şirəliyev dövlət başçısı tərəfindən etimad göstərilərək bu vəzifəyə ona görə təyinat alıb ki, insanların sağlamlığının qeydinə qalsın. Cənab prezident ona hər bir insanın sağlamlığının keşiyində ayıq-sayıq durmağı tapşırıb. Çünki sağlam səhiyyə sağlam cəmiyyət, güclü ordu deməkdir. İndi sual olunur… Cənab nazir bunlara əməl edirmi? Oqtay Şirəliyev ölkə insanlarının sağlamlığının keşiyində dayanırmı? Əgər dayanırsa bəs nədən İsmayıllı səhiyyəsinə müraciət edənlər buradan şəfa yox, əlavə dərd taparaq evlərinə dönür? Niyə İsmayıllı səhiyyəsində cibində pulu olmayanlara xidmət göstərilmir? Niyə insanlar iynə-dərmanları öz şəxsi vəsaitləri hesabına alırlar? Haradadır İsmayıllı səhiyyəsinə ayrılan illik iynə-dərmanlar? Haradadır xəstəxana üçün ayrılmış ərzaq məhsulları? Haradadır səhiyyə üçün ayrılmış yanacaq,sürtkü materialları? Haradadır səhiyyənin texnikaları üçün ayrılmış ehtiyyat hissələr? Kimlərin cibinə gedir əldə edilən pullar? Kimlərin evlərinə daşınır xəstələr üçün ayrılmış ərzaq? Kimlər burada işləyə-işləyə rayonda, respublikanın başqa yerlərində villalar tikir, obyektlər alır, 100 minlik komfortlu avtomobillərdə gəzir? Cənab nazir,niyə araşdırmırsınız ki,baş həkim,onun müavinləri,nə işlərlə məşğul olurlar? Niyə rayon xəstəxanasının maliyyə işlərinə baxan qruplaşma haqqında tədbir görmürsünüz? Niyə xəstəxananın təsərrüfat işləri üzrə baş həkim müavini hörmətli Ataş Bədəlovun İsmayıllı səhiyyəsindəki uzun illər göstərdiyi fəaliyyəti sizi maraqlandırmır? Ataş Bədəlov uzun illər baş həkimin sürücüsü işləyib. Cənab nazir, hansı xidmətlərinə görə yeni təyin etdiyiniz baş həkim Aydın Əsədov Ataş Bədəlovu təsərrüfat müdiri təyin edib. Axı rayon səhiyyəsinin ərzaq məhsulları və sairlərini necə bu adama etibar edirsiniz? Hörmətli Aydın Əsədov nə tez şəkildə onunla anlaşdı. Baş həkim nəyin müqabilində Ataş Bədəlovla dostlaşdı? Onları hansı maraq yaxınlaşdırdı? Niyə susursunuz cənab nazir? Axı dövlət başçısına siz ildə dəfələrlə hesabat verirsiniz. Bəs işin razqar vaxtında dövlət başçısını aldatmaq nə dərəcədə ədalətlidir? Cənab nazir, rayon səhiyyəsində işləyən mənbəmiz qeyd edir ki, rayon üçün ayrılmış iynə-dərman və sair ləvazimatların çoxu rayona gətirilmir. Mənbə qeyd edir ki, bu vacibatlar, Bakıda səhiyyə nazirliyinin bazasında nəqdləşdirilərək nağd pul şəklində mənimsənilir. Rayona göndərilmiş bəzi iynə-dərmanlar isə apteklərdə satdırılaraq mənimsənilir. Məsələn, İsmayıllıda şəkər diabetli xəstələr üçün dövlət tərəfindən ayrılmış dərmanlar, insulinlər, test və şəkər ölçən aparatlar xəstələrə tam şəkildə verilmir. Bu qeyd etdiklərim apteklərdə satılır. Müraciət edənlər soruşanda deyirlər ki, nazirlikdən verilməyib, az gəlib. Cənab nazir, bəyəm ölkədəki şəkər, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər tam şəkildə tərəfinizdən siyahıya alınmayıb? Axı səhiyyə nazirliyi illik hesabatlarında qeyd edir ki, bu xəstələr üçün lazımı dərman pereparatları vaxtlı-vaxtında ünvanlarına çatdırılır. İndi tam səmimi olaraq xahiş edirik bizi başa salın. Kim yalan danışır? Səhiyyə nazirliyi,yoxsa İsmayıllı səhiyyəsi? Cumhuriyyət.az olaraq hesab edirik ki, səhiyyə nazirliyi ənənəsinə sadiq qalaraq yenə suallarımıza cavab verməyə bilər. Əlbəttə, bu onların hüququdur. Ancaq burada söhbət şəxsi deyil, doxsan minlik əhalisi olan rayonun insanlarının həyatından gedir. Bəli, dəfələrlə şəkərli xəstələrin dərman üstündə fəryad etdiklərinin şahidi olmuşuq. Biz belə fikirləşirik ki, şəkər, vərəm, onkoloji xəstələrin iynə-dərmanlarını sataraq nə isə əldə edənlər, “oxucularımızdan dönə-dönə üzr istəyirik” bədənlərini sataraq pul qazanan əxlaqsızlardan fərqlənmirlər. Çünki bu insanların hər anı ölümdür. Kimsə fikirləşir ki, bəlkə bir neçə ay ömrüm uzandı ancaq onun dərmanını satıb mənimsəmək vallah yolverilməzdir. Bu fikirlərim səhiyyədə çalışanların hamısına qətiyyən şamil oluna bilməz. Çünki İsmayıllı səhiyyəsində istənilən qədər vicdanlı həkimlərimiz, tibb işçilərimiz var. Atalar deyir ki,sözü at yiyəsi götürəcək. Buna görə də ad çəkməyə ehtiyac duymuram. Yeri gəlmişkən bir neçə gündür ki, cumhuriyyət.az olaraq haker hücumlarına məruz qalmışıq. Buna görə də portalımızda bəzi dəyişikliklər etmişik. Mənbəmiz qeyd edir ki,hörmətli Ataş Bədəlov rayonda bir neçə yerdə qürurla qeyd edib ki, biz bu işi başdan cumhuriyyət.az-ın redaksiyası ilə haqq-hesab çəkərək həll etdik. Görürsünüz sayt açılmır, yazılar da silinib. Dəyərli oxucularımıza demək istəyirik ki, bu yazıların saytdan götürülməsi üçün İsmayıllı rayonundan, kəndlərdən bizlərə xeyli zənglər gəldi, xeyli təkliflər oldu. Cumhuriyyət.az və əməkdaşları, xəstələrin iynə-dərmanlarını satanlar, ərzağını evlərinə daşıyanlar qədər vecsiz deyillər. Geri qayıt |