Əsas Səhifə > Siyasət, Manşet > MTN-dəki islahatlardan Qazax icra hakimiyyətində də aparılmalıdır...

MTN-dəki islahatlardan Qazax icra hakimiyyətində də aparılmalıdır...


18-12-2015, 08:26
MTN-dəki islahatlardan Qazax icra hakimiyyətində də aparılmalıdır...
DİA.AZ: - Həmin günlərin üstündən təxminən 20 il ötməsinə baxmayaraq, o zaman rayonda istər rəhbər vəzifələrdə çalışan, istərsə də onunla birgə “mal” daşıyan yoldaşlarının yəqin ki, xatirələrindən silinməmiş olar. Söhbət hazırda Qazax Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (müavin statusundadır) Tahir Musayevdən gedir. Bu kadr vaxtı ilə Qazaxda “Pinoçet” hakimiyətini həyata keçirmiş sabiq icra başçısı Əsəd Orucovun dövrünün səhvlərindəndir.

Belə ki, rayonun şəhərə bitişik kəndlərindən sayılan Ağköynəkdən olan Tahir Musayevin tərcümeyi-halında hansı həyat yolu keçdiyi qaranlıqdır. Bədnam ermənilərlə atışmanın şiddətli vaxtı Tahir Musayev yaxın qohumu Mübariz Hacıyevlə Qazaxdan Gürcüstana yanacaq daşımaqla məşğul olub. Onların idarə etdikləri “Qaz 21” markalı “Volqa” maşınının qabaq oturacağının yumşaq söykənəcəyi tutumlu dəmir söykənəcəklə əvəz olunmuşdur. “Yanacaq biznesi” ilə məşğul olan Tahir Musayev və Mübariz Hacıyev kustar üsulu ilə düzəldilmiş dəmir söykənəcəkdə hər biri 20 litr tutuan 7 dəmir qabın yerləşməsinə şərait yaratmışlar. O da xatirimizdədir ki, həmin vaxtlar yanacağın Gürcüstana aprılmasının qarşısını almaq məqsədi ilə Qazaxın İkinci Şıxlı kəndində post-patrul xidməti təşkil edilmişdi. Tahir Musayev də polislərin gözlərindən yayınmaq üçün bu hərəkəti edib. Təbii ki, ermənilərlə atışmanın qızğın çağında Tahir Musayev Gürcüstana benzin daşıyıb. Gürcüstan vətəndaşları da aldıqları yanacağı Gürcüstanın Ağammədli kənd ərazsində həmin kənd Gücüstanın Ermənistanla sərhəddidir) ermənilərə satıblar. Nəticədə, Tahir Musayevin satdığı yanacaqdan istifadə edən ermənilər hərbi texnikalarında işlədərək, necə deyərlər, təpəmizə güllə yağdırıblar. Tahi Musayevin qurduğu “iş birliyinin” sayəsində torpaqlarımız atəşə tutulub, şəhidlər verilib, qoca, cavan və bacı-qardaşlarımız gülləbaran edilib. Bundan onun xəbəri olmasa da, məntiqi nəticədir…faktdır…

Bir müddət bu sənədlə məşğul olan Tahir Musayevi “göstərdiyi xidmətlərə görə” Qazaxa icra başçısı gələn Əsəd Orucov referent, sonra isə köməkçi təyin edib. Əsəd Orucov işdən kənarlaşdırıldıqdan sonra onun yerinə gələn icra başçısı Rauf Hüseynov Tahir Musayevi müavin keçirib. Hazırda həmin vəzifədə çalışan Tahir Musayev bu günə kimi bir qazaxlının da işini düzəltməyib. Əvvəla, Musayevin həmin vəzifədə, eləcə də icra aparatında işləməsi gülüncdür. Di gəl, kimdir ona baxan? Bu gün regionlarda icra hakimiyyətində səriştəsiz, iş bacarmayan kadrların axını birə-beş artıb. Nədənsə ali icra hakimityyəti bu məsələ ilə məşğul olmur. Belə bir gediş bu günlərdə ləğv edilən milli təhlükəsizlik nazirliyinin işindən heç də geri qalmır. Əminik ki, həmin günlərə də az vaxt qalıb. Gedişat onu göstərir ki, icra hakimiyyətlərində də sensassion “ələnmə” mexanizmi işə düşəcək.

Qeyd edək ki, ölkədə əhalinin ən şikayətli orqanlarından biri icra hakimiyyətləridir. Ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əməl etməyənlər, məhz icra başçılarıdır. Dəfələrlə Prezident İlham Əliyev bildirir ki, “milləti incitməyin, onlarla dil tapın, bir söz-xalqa xiudmət edin!” Bunlar isə kiminin evini sökür, kimini intihar həddinə çatdırır, sahibkarlara divan tutmaqla qeyri-neft sektorunun inkişafına maneçilik törədirlər. Azərbaycanın işğal altında olan 20 faiz torpağının qaydına qalmayan həmin icra başçıları öz millətinin 3 sot torpaq sahəsində tikdiyi komasını uçurur. Görəsən, bu əqidə ilə bu millət har gedir? Bəs necə olur ki, bir icra başçısının 10 yerdə villası olur, bu olur qanuni, biçarə kasıb yaşamaq üçün bir daxma tikir, bu olur qeyri-qanuni? Əgər kasıbın tikdiyi qeyri-qanuni və sənədsizdirsə, zəhmət çəkib sənədləşdirsinlər. Səndən daş istəməyib, qum istəməyib, köməklik istəməyib? Nə var ki, daha yaxşı, tikib. Magistral heç nəyə mane olmursa, daha yaxşı. Sən də sənəd ver.

Bu yaxınlarda sənədsiz evlərin sənədləşdirilməsi haqqında Prezident İlham Əliyevin verdiyi sərəncam havadaca qaldı. Onu havada qoyanlar da icra başçıları oldu. Elə bunun özü Prezidentə qarşı hörmətsizlikdir. Bir adam tapılmadı ki, Prezidentin məlum sərəncamından sonra evini sənədləşdirsin. Bəs ölkə rəhbərinin sərəncamına niyə əməl etmədilər? Ancaq ucur, deyən kimi, həmin dəqiqə uçururlar. Bu hansı millətçiliyə sığır? Elə milləti Prezident İlham Əliyevdən narazı salanlar da kimlərinsə adamları olan icra başçılarıdır. Necə ki, təsadüfi kadr olan Qazax RİH başçısının müavini Tahir Musayev kimi…

İlham Hacalı DİA.AZ

Geri qayıt