Əsas Səhifə > Siyasət, Manşet > Sosial yardımda qəliz qaydalar...

Sosial yardımda qəliz qaydalar...


5-12-2015, 10:48
Sosial yardımda qəliz qaydalar...
“Krediti olan vətəndaşlara, əsasən də aztəminatlı ailələrə sosial yardım düşmür. Bu hal Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir deyə buna müdaxilə etmək mümkün deyil”. Bunu ƏƏSM-nin rəsmi şəxsləri açıqlamasında bildirirlər. Lakin əslində reallıq necədir?
Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da sosial müavinətlərin verilməsi zamanı yerlərdə vətəndaşlara qarşı ciddi problemin yaradıldığını deyib. Hətta onlarla rayon şöbə müdiri vəzifədən uzaqlaşdırılıb, rüsvay edilib.
Amma yerlərdən gələn məlumatlardan aydın olur ki, nazirin bu sərt davranışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki bəzi şöbə müdirlərini heç də narahat etmir. 6 ay prinsipi, “rüşvət ver göz yumum” kimi məsələlər hələ də davam edir.
Lakin ortada başqa bir məqam da var.
Kredit bocu olan vətəndaş sosial yardım ala bilməz. Elə isə maraqlıdır, bəs kredit borcu olan vətəndaş necə olur ki, sosial yardım alır? Bəs, bu hansı qanunla tənzimlənir? Nazir Səlim Müslümov bu suala cavab verə bilərmi ki, bu hal necə baş verir?
Açıq şəkildə demək olar ki, bu gün kredit borcu olsa belə hansısa yollarla sosial yardım alan vətəndaşların sayı heç də az deyil. Bank sektorunun bağlı olması, bankda krediti olan vətəndaşın adının gizli saxlanması ƏƏSMN-nin yerlərdəki şöbə müdirlərinin əl-qolunu bir az da açıb. Çünki, istənilən araşdırma zamanı jurnalist və ya vətəndaş bank məsələsi zamanı çətinə düşür. Yəni, bank borcu olan vətəndaşın adı gizli saxlayır. Nəticədə kredit borcu olan vətəndaşa razılaşdırılmış (rüşvət) rahat şəkildə sosial yardım verilir və bu sənədin altından asanlıqla imza atanlar narahat belə olmurlar…
Gələn şikayətlər bir daha əsas verir ki, bu məsələ ciddi şəkildə araşdırılsın. Jurnalist olaraq necə müəyyən edək ki, həqiqətən də sosial yardım alan vətəndaşın kredit borcu yoxdur və ya ona həqiqətən də yardım düşür. Və ya əksinə. Vətəndaşın kredit borcu var və buna baxmayaraq sosial yardım alır.
Bunu dəqiqləşdirməyin hansısa bir mexanizmi varmı?
Yoxsa 6 ay prinsipi ilə işləyən, vətəndaşların dərisini soyan, kasıbın malını yeyən ƏƏSMN-nin yerlərdəki əksər şöbə müdirlərinə bunu sübut etmək mümkün olmayacaq.
Ciddi araşdırmalarımız olacaq.
Bizimxeber.az

Geri qayıt