Əsas Səhifə > Siyasət, Manşet > O, prezidentə, dövlətə yox, Eldar Mahmudova və onun şəbəkəsinə sadiq oldu...
O, prezidentə, dövlətə yox, Eldar Mahmudova və onun şəbəkəsinə sadiq oldu...10-11-2015, 08:34 |
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı "MTN işi”ndə keçir. Komitə sədri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun setinə daxil olan əsas simalardan biri olub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, K.Həsənov E.Mahmudov klanına 2006-cı ildə daxil olub: "Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi zəiflətmək üçün Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentini nazirliyin tərkibindən çıxardaraq müstəqil quruma - Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə çevirdilər. Yeni komitəyə sabiq departament rəhbəri Kərəm Həsənov təyin edildi. Bu təyinatdan 2 ay sonra F.Əliyev həbs edildi və "başsız” qalmış K.Həsənovu E.Mahmudov qısa müddət ərzində çətiri altına ala bildi. Çovdarov qrupu iş adamlarının əmlakını əlindən almaq üzrə "ixtisaslaşmışdısa”, H.Kərəmov dövlət əmlakını ələ keçirmək üzrə E.Mahmudovun göstərişlərini həyata keçirirdi”. Mənbənin məlumatına görə, E.Mahmudovun göstərişlərini "layiqincə” həyata keçirən K.Həsənov 2009-cu ildə "patronun” dəstəyi ilə yeni səlahiyyətlərə yiyələnib: "2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti K.Həsənovun idarəetməsinə keçdi, qurumun rəisi Arif Qaraşov oyundan kənar vəziyyətdə qaldı. Bu birləşmədən sonra Əmlak Məsələləri Dövlət Komitəsi yaradıldı və K.Həsənov yeni quruma sədr təyin edildi. Hakimiyyət çevrələrində yetərincə nüfuz sahibi olan A.Qaraşovun bu yolla bitirilməsi çoxları üçün gözlənilməz oldu. Bəzi ekspertlər bunu K.Həsənovun "qələbəsi” kimi təqdim etsə də, heç kim bunun "dərin dövlət başçısının” xidməti olduğunun fərqinə vara bilmədi. O vaxt MTN şefi ona tabe olmaqdan imtina edən A.Qaraşovu bu yolla cəzalandırdı – o ölkə prezidentini bu addımın effektivliyinə inandıra bilmişdi”. Mənbənin bildirdiyinə görə, səlahiyyət dairəsi artırılmış K.Həsənov "patron”unun dəstəyi ilə daha bir dövlət qurumunun - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin funksiyalarının bəzilərini əldə etmək üçün mübarizəyə başladı: "K.Həsənov E.Mahmudovun dəstəyi ilə bu ilin fevralın 5-də arzusuna çatdı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və qurumun dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsini hazırlamaq funksiyası Əmlak Məsələləri Dövlət Komitəsinə keçdi”. Mənbə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərini artırılması ilə bağlı yuxarıda sözügedən prezident fərmanlarının mətni aidiyyəti üzrə Prezident Administrasiyasında hazırlanmadığını vurğulayır: "Ənənəvi olaraq prezident fərmanlarının mətni Prezident Administrasiyasının uyğun şöbələrində hazırlanır, administrasiya rəhbərliyi tərəfindən qəbul edildikdən sonra imzalamaq üçün prezidentə təqdim edilir. Hər iki fərmanın mətni Əmlak Məsələləri Dövlət Komitəsində hazırlanıb və prezidentin ona yüksək etimadından sui-istifadə edən E.Mahmudov tərəfindən dövlət başçısına təqdim edilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğvi ilə bağlı fərman veriləndə isə Prezident Administrasiyasının rəhbəri ümumiyyətlə Azərbaycanda olmayıb. "Dərin dövlət” layihəsini həyata manesiz keçirmək üçün əlverişli vaxt seçib”. Mənbənin məlumatına görə, E.Mahmudova arxalanan K.Həsənov Prezident Administrasiyasının rəhbərliyinə və administrasiyanın şöbə müdirlərinə qarşı da itaətsizlik göstərib: "Hökumətin nüfuzla nazirlərindən sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ya nəqliyyat naziri Ziya Məmmədov belə Prezident Administrasiyasının rəhbərliyinə qarşı çox həssas olublar. Yəni administrasiya rəhbərliyinin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetiriblər. Ancaq E.Mahmudovun dəstəyinə güvənən K.Həsənov administrasiya rəhbərliyinə qarşı itatəsizlik göstərib. Şübhəsiz ki, xaraktercə qorxaq adam olan K.Həsənov E.Mahmudovun göstərişi ilə belə "cəsarət” nümayiş etdirib”. Mənbə bildirir ki, K.Həsənov E.Mahmudova dövlət müəssisələrini və torpaq sahələrini ələ keçirməkdə və mənimsəməkdə münbit şərait yaradıb:"E.Mahmudovun yaxınlarının adına yüzlərlə ASC, kiçik müəssisə, torpaq sahələri özəlləşdirilib. E.Mahmudov işdən çıxarıldıqdan sonra onun bütün əməlləri kimi bu məslədə ifşa edilib və məsələnin mahiyyəti dövlət başçısına məruzə edilib. MTN-də təmizləmə işləri başa çatandan sonra adı qara siyahıda olan başqa məmurlar kimi K.Həsənovun da işdən çıxarılması və cəzalandırılması gözlənilir”. Geri qayıt |