Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudova qarşı daha bir ittiham

Eldar Mahmudova qarşı daha bir ittiham


31-10-2015, 13:35
Eldar Mahmudova qarşı daha bir ittiham
Moderator.az-a daxil olan məlumata görə bugünlərdə sabiq MTN rəhbəri Eldar Mahmudova qarşı daha bir ittiham irəli sürülüb. Belə ki, sabiq nazir Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində “səfir qiyamları” təşkil etməkdə təqsirləndirilir.
Mənbənin sözlərinə görə, keçmiş MTN rəhbərliyi bu qiyamları məqsədli şəkildə, səfirliklərdəki MTN əməkdaşlarının vasitəsi ilə həyata keçriib ki, məqsəd ali siyasi hakimiyyətin diqqətini MTN-dəki qanun pozuntularından yayındırmaq, onların nəzərlərinin XİN-ə yönəlməsinə nail olmaq olub.Qısa zaman fasiələsində bir neçə diplomatın öz missiyasından və Azərbaycana qayıtmaqdan imtina etməsi də bununla izah edilir.
Mənbə hələlik qeyri-rəsmi formada irəli sürülən bu ittihamın yaxın günlərdə rəsmiləşdiriləcəyini və bu istiqamətdə istintaq araşdırmasının genişləndiriləcəyini bildirib.

Geri qayıt