Əsas Səhifə > Siyasət, Manşet > Ağdam ziyalıları adından prezidentə və nazirə şok müraciət

Ağdam ziyalıları adından prezidentə və nazirə şok müraciət


28-10-2015, 08:23
Ağdam ziyalıları adından prezidentə və nazirə şok müraciət
DİA.AZ: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarova Ağdam rayonu təhsil işçiləri adından müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxilolan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!
Hörmətli cənab Nazir!
Azərbaycan Respublikasında təhsilin inkişafı üçün bütün mümkün şəraitlər yaradılır, yeni məktəb binaları tikilib istifadəyə verilir, məktəblərin maddi-texniki bazası gücləndirilir və müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması və fəaliyyətinə stimul verilməsi üçün mütamadi işlər görülür".

Daha sonra dia-az.site-a daxil olan müraciətin mətnində müəlliflər ittihamlar irəli sürürlər: "Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonuna İcra Başçısı təyin olunan vaxtdan bəri Ağdam təhsili faciəli günlərini yaşayır. Belə ki, vaxtaşırı məktəblərdən müxtəlif adlarda pulların yığılması, məktəb direktorlarının şantaj edilərək vəzifəsindən uzaqlaşdırılması kimi hallar Ağdam təhsilini yarımcan vəziyyətə salıb. Məlumat üçün bildirək ki, Raqub Məmmədov sabiq MT naziri Eldar Mahmudovun köməkliyi ilə rayona icra başçısı təyin olunmuş, işlədiyi müddətdə idarə-müəssisə rəhbərlərinin telefon danışıqlarını dinlətdirərək onlardan külli miqdarda pul alınmışdır. Bildiririk ki, Raqub Məmmədovun Ağdam təhsilinə növbəti zərbəsi rayonun Quzanlı qəsəbə uşaq bağçasının müdiri Misirxanova Mətanət Səhrad qızından 300 min manat alaraq Təhsil şöbəsinin müdir vəzifəsinə gətirməsi ilə oldu. Məlumat üçün bildirək ki, Mətanət Misirxanova Təhsil Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev tərəfindən qəbul olunub və təqdimatı təsdiq olunaraq Ağdama göndərilib. Bildiririk ki, Mətanət Misirxanovadan Ağdamın keçmiş təhsil şöbəsinin müdiri Elmira Şükürova 50 min manat alaraq Kənan Quliyevə verdiyi bildirilir. Biz təhsil işçiləri hesab edirdik ki, Mikayıl Cabbarov Təhsil Naziri təyin olunduqdan sonra təhsildə rüşvət olmayacaq. Böyük təəssüf hissi ilə sizə müraciət edirik ki, Elmira Şükürova hansı vasitə ilə isə Kənan Quliyevə yol tapıb və Mətanət Misirxanovanın təsdiq olunması üçün 50 min manatı ona ötürə bilib.

Sizlərdən Ağdam ziyalıları adından xahiş edirik ki, 4 min müəllimi olan Ağdam təhsilini uşaq bağçasında körpələrin yeməyini oğurlayan Mətanət Misirxanovanın və Raqub Məmmədovun ümidinə buraxmayasınız".


Qarşı tərəfi də dia-az.site olaraq dinləməyə hazırıq...

Geri qayıt