Əsas Səhifə > Siyasət, Manşet > Kredit fırıldaqçısı - "Mol Bulak" Ağdaş sakinlərini necə müflis edib
Kredit fırıldaqçısı - "Mol Bulak" Ağdaş sakinlərini necə müflis edib23-10-2015, 08:24 |
DİA.AZ: - Redaksiyamıza yazan Ağdaş sakini Mahir Əliyev Azərbaycanda bir sıra qanunsuz hərəkətləri ilə zaman-zaman KİV-lərdə müzakirə predmeti olan "Mol Bulak" kredit təşkilatı və onun başında dayanan Eldar Cəfərovla bağlıdır. Hər halda DİA.AZ oxucuları bu adlara yetərincə "isinişiblər". İndi isə Ağdaşda "Mol Bulak"ın yaratdığı situasiya şikayətə nədən olub. DİA.AZ həmin müraciəti təqdim edir: "Hörmətli redaksiya, Sizə Mol Bulak kredit təşkilatının Ağdaş camaatının başına gətirilən əzablar haqqında xəbər vermək istəyirəm. Bizim gənclərin həyatlarıyla necə oynadıqlarını özümün yaşadığı rayondan uzun müddətdi müşahidə edirəm. Amma bu vicdansizların bizim xalqımızın qanımızın içməyinə sakitçə qırağdan baxa bilmirəm. Sizə Ağdaş camaatının harayını çatdırmaq istəyirəm. Vəziyyətin dözülməz hala gəlməsi və gənclərimizə qarşı bu vəhşi rəftar məni bu məktubu yazmağa vadar elədi. Prezidentimizin rayon ve kəndlərimizin inkişafı üçün müxtəlif dövlət proqramları və digər imkanların yaradilmasını görürük və bunu alqışlayırıq. Lakin, özlərini iş adamları adlandıran bəzi vicdansız və dələduz iş adamları bu imkan və şəraitdən özlərinin çirkin məqsədləri üçün istifadə edirlər. Ağdaş camaatına kredit vermək adıynan işləyən və adıda bizim dilimiz üçün yad olan Mol Bulağ kredit təşkilatı yuxarıda danışdığımız aferist firmalardan biridir. Özüm maliyyəçi olmasamda camaatımızın başına gətirilənləri görüb araşdırmalara başladım. Firmanın özünün internetdə olan səhifəsində bəzi diqqətli məqamlara rast gəlmək olar. Mol Bulağın İnvest Kredit MMC-nin varisi olmasi qeyd edilir. Həmin İnvest Kredit dələduz kimi tanınan, KredAgro təşkilatından küllü miqdarda pul yeyib ve adi dillər əzbəri olan Eldar Cəfərovun təşkilatı olub. Bu azmış kimi onu Mol Bulağ şirkətinin başına qoyublar. Şirkətin Qırqızstan təşkilatı olduğuda deyilir. Mən başa düşmürəm məyər Qırğızıstanın Azərbaycandan çox pulu var. Sovetdən bəri kasıb ölkədir. Mənə elə gəlirki bu yenədə Eldar Cəfərovun çirkli oyunlarıdır. Özlərinin saxta yollarla qazandığları pulları başqa ölkə adıyla istifadə edərək yenə də camaatin qanını içir. Bizim dövlət idarələrimiz bunları necə gözlərindən qaçırdırlar onu anlamiram. Bəlkə də bəzi dövlət idarələrində onun kimi rüşvətxor məmurların qanadı altındandır. Eldar Cəfərovun keçmişdə işlədiyi şirkətin başına gətirdiyini görmürməyiblər. İndidə Mol Bulağ aferalarına başlayıb. Yəgin MTN-də işləyən yüksək vəzifəli qohum tanışlarının ona “krışalığ” edəcəyinə güvənir. Amma ölkədə baş verən son dəyişikliklər heç də heç kəsin toxunulmaz olmadığı göstərir. Camaata heç arda görülməmiş yüksək faizlərlə kreditlər verirlər. Faizi müxtəlif bəhanələrlə müqavilələrdə gizlədirlər (Hətta internet səhifələrində qeyd etməyiblər). Nəticədə camaat krediti ödəyə bilmir. Camaatin axrıncı mal qarasını satdırırlar. Buna nə qədər dözmək olar. Bunlar çirkli əməllərini keçirmək üçün yerli məmurları və dövlət orqanlarını rüşvətlə aliblar. Bu şirkətdə bizim Ağdaş camaatindan olan cavan cavan uşaqlar işləyir. Təcrübəsiz və həyatın oyunlarını anlamayan adamlara kredit verdirirler. Uşaqları bədbaxt edirlər. İscilər hətta qorxularından müştərilərin yerinə ciblərindən pul ödəyirlər. Mən bütün jurnalistləri bu vəziyyəti araşdiraraq bütün ölkədə işiğlandırılmasına dəvət edirəm. Bu işdə əli olan bütün zalımları ifşa etməkdə bizlərə kömək etsinlər. Ağdaşda ödəməyən müştərilərin sayı günbəgün artir. Hələ də utanmaz utanmaz bizim camaata cigan ləqəbini də veriblər. Mən əminəm ki bu vəziyyət başqa rayonlarımızda da var. Eldar Cəfərovun səriştəsiz rəhbərliyi və ac gözlüyü nəticəsində cavan usaqlar, rayon camaati niyə əziyyət çəkməlidi. Ağdaşı Mol Bulağ əsarətindən qurtarana qədər mən araşdırmalarımı davam etdirəcəm və sizin diqqətinizə çatdıracam. Camaatın evlərine gedib onlara hədə qorxu gələnlərin adlarını öyrənməyə və şəkillərini belə çəkib redaksiyaya göndərməyə çalışacağam. Eldar Cəfərovlar kimiləri ölkəmizin inkişafı üçün ciddi maniyə və təhlükədir". Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Qeyd: müraciətdə orfoqrafik və qrammatik səhvlərə düzəliş olunmayıb. Geri qayıt |