Əsas Səhifə > Siyasət, Manşet > 1-ci qrup gözdən əlilin haqqını kim yeyir?

1-ci qrup gözdən əlilin haqqını kim yeyir?


21-09-2015, 09:34
1-ci qrup gözdən əlilin haqqını kim yeyir?
DİA.AZ: - Redaksiyamıza müraciət edən 1-ci qrup gözdən əlil Rafiq Vəliyev yerli məmurlardan giley edir. DİA.AZ olaraq narazı vətəndaşın prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunu təqdim edirik:

"Cənab Prezident! Mən, Vəliyev Rafiq 1-ci qrup gözdən əliləm.Və 127 manat təqaüd alıram. Mənə 2013-2014-cü illərdə ünvanlı sosial müavinət verilmişdi. Şəki ƏSMM -in müdiri Elçin olduqdan sonra o indiyədək inadkarlıq edərək sənə müavinət düşmür.Get hara istəyirsən şikayət et deyir. Sanki Azərbaycan Qanunları bu məmura aid deyil.Səbəbini də qeyd edir ki, mənim 4 nəfərlik ailəmin balansında 0,94 ha torpaq sahəsi var. Halbuki bu günə qədər mənə torpaq Aktı verilməyib Və mənə formal ayrılan torpağın harda yerləşməsini də bilmirəm. Məsələni öyrənmək üçün Əmlak Komitəsinin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdim. Rəis 30.07.2015-də cavab yazdı ki, hələlik sənin yerinin elektron xəritədə döngə nöqtələrinin koordinatları düzgün olmadığından yenidən işlənməsi üçün Bakıya göndəriblər." Göründüyü kimi mənə də bu düzəlişdən sonra torpağın özünü və sənədlərini verəcəklər. Buna baxmayaraq Şəki ƏSMM sədri 31 mart 2015 komissiyasının formal tərtib etdikləri aktı bəhanə gətirərək ailəmə sosial yardımın verilməməsilə bağlı əsassız qərar qəbul edibdir.Və bu barədə Ombudsmana da yalan məlumat veribdir. Yəni rəis bilmədən yoxlamadan kəndli olduğuma görə torpağımın olma ehtimalını əsas götürüb belə qərar verib. Budur, yerli bələdiyyə də bu formal verilən lakin hələ də yerini bilmədiyim torpaqla bağlı ƏSMM-ə arayış verib ki, mən 1-ci qrup gözdən əlil olduğum üçün torpaqda başqa yaxın qohumlarım istifadə edir. Yenə də ƏSMM müdiri Elçin heç bir sənədə məhəl qoymayaraq məmur özbaşnalığıilə məşğulıdur. Və mənim yuxarı orqanlara etdiyim dəfələrlə şikayətlərimə görə and içib ki, mənə yardım verməyəcək.
Cənab Prezident Siz bu məmuru başa salın ki, iqtisadi durumu ağır olan Azərbaycan vətəndaşına ünvanlı sosial yardımlar dövlət büdcəsindən ayrılır. Və Elçin də buyurub xalqın xidmətçisi kimi vəzifəsini Sizdən şəxsi nümunə götürərək icra etsin. Elçin bilsin ki mənim həqiqətən kasıb olduğuma görə sosial ünvanlı yardım almaq üçün heç kimə verəsi 800 manat nağd pulum yoxdur. Və olsa da vermərəm.
Xahiş edirəm Şəki rayon ƏSMM müdirinin qanunsuz əməllərinin araşdırılmasına və hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt