Əsas Səhifə > Siyasət, Manşet > Beynəlxalq Bank işi yeni həbslərə rəvac verə bilər...
Beynəlxalq Bank işi yeni həbslərə rəvac verə bilər...10-09-2015, 09:44 |
DİA.AZ: - Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə həbslərin yeni dalğası başlaya bilər. DİA.AZ-a daxil olan məlumata görə, krediti ödəmək şərtilə sərbəst buraxılmış sahibkarlar ödəniş edə bilmirlər. Problemli kreditlərlə bağlı rəsmi açıqlamalar da göstərir ki, həbslərin heç bir nəticəsi olmayıb. Rəsmi açıqlamalarda iddia olunur ki, problemli kreditlərdə 43 milyon azalma var. Lakin təkcə Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda 6 milyard manat vəsaitdən söhbət gedirdi. Mümkündür ki, rəsmi açıqlamalarda bu məsələnin üzərinədən keçilir. O zaman bu sadəcə maliyyə böhranının fəsadlarını ört-basdır etməkdən başqa bir şey deyil. DİA.AZ bildirir ki, təkcə iş adamı Hacı Ibrahim Nehrəmlinin Beynəlxalq Bankdan 850 milyon manat kredit götürdüyü iddia edilir. Iş adamı Nizami Piriyevin isə götürdüyü kreditin 1 milyard olduğu bildirilir. “Kredit qalmaqalı”na görə həbs edilən digər sahibkarların götürdüyü kreditlər də 100 milyon manatlarla ölçülür. Məlumatlarda bildirilir ki, kreditlərin qaytarılmaması “yuxarılar”ın yeni həbs dalğasına start verilməsi barədə qərar qəbul etməsinə səbəb olub. Lakin növbəti dalğanın parlament seçkilərindən sonra həyata keçiriləcəyi bildirilir. Iddia olunur ki, bu dəfəki həbs dalğası Beynəlxalq Bankdan kredit götürən iş adamlarını himayə edən məmurları əhatə edəcək. Qeyd edilir ki, artıq onlarla bağlı siyahı hazırdır. Geri qayıt |