Əsas Səhifə > Siyasət, Manşet > Narazı Laçın sakini başçıya qarşı görün, nələri açıqladı...
Narazı Laçın sakini başçıya qarşı görün, nələri açıqladı...7-09-2015, 08:34 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Laçın Rayonun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu ilginc iddia və ittihamlarla çıxış edib. DİA.AZ olaraq narazı Laçın sakininin müraciətini olduğu kimi diqqətinizə təqdim edirik: "Bildirirəm ki, Laçın Rayonunda hakim kəsilmiş korrupsiya və rüşvətxorluqun qarşısının alınmaması onsuzda ağır olan vəziyyətimizi dahada ağırlaşdırır.Rayonda hökm sürən məmur özbaşnalıqından yuxarı orqanlara yazdığımız şikayət ərizələri baxılıb tədbir görülməsi üçün Laçın rayon İcra Hakimiyyətinə göndərilsədə heç bir araşdırma aparılmadan basdırılır.İcra hakimiyyəti şikayətçiləri müxtəlif yollarla susdurmaqa nail ola bilr.Belə ki, 2015-ci iln səkkiz ayı ərzində rayonda iki-üç dəfə kütləvi etiraz lar baş vermişdir.Baş vermiş ciddi etirazların qarşısında aciz qalan İcra Başçısı A.Səlimov il öncə köhnə polis təcrübəsindən istifadə edərək təziq mexanizmindən istifadə etdi.Lakin bu yolla etirazşıları susdura bimədikdə özünə yaxın olan bəzi KİV-lərə haqında təriflər yazdıraraq qarşı tərəfi yalan və şantaj xarakterli yazılarla pisikdirir və bununlada yuxarı orqanları aldatmaq nail ola bilir. Rayonun İdarə və müəssisələrində vəziyyət olduqca ağırdı.Xüsusən Laçın RTŞ-də ağlagəlməz cinayət əməlləri baş alıb gedir.Vəziyyət o həddə çatıb ki RTŞ-nin müdiri aldığı rüşvət müqabilində 11 uşaqa on bir illik məktəb verir.Saxta diplomlu müəllimlərdən illik hesab yığılmaqla hələdə iş başında saxlanılır.Mövcud qanunvericiliyə zidd olaraq infeksion və ruhi əssəb sarsıntısı diaqnozu ilə pensiya alan müəəllimlər auditorya içərisinə bur axılır.Təhsil Nazirliyinin təlimatlarına zidd olaraq Riyaziyyat,Ana dili, Ədəbiyyat, Kimya, Biologiya,Fizika və coğrafiya kimi mühüm fənlər ibtidai sinif və idman müəllimlərinin ayaqına yazılır ki, bundanda RTŞ-e aylıq hesab yığdırır.Bir çox məktəblərdə yoxlama yazı işləri aparılmadığı halda müəllimlərin adına yazı pulu buraxılır. Rayonun fin tipli məktəblərinin təmirinə ayrılmış vəsaitlə yeni məktəb tikmək olar.İnventar və avadanlıqlara və sayr xərclərə ayrılmış vəsaitlər dolayı yollarla mənimsənilir.Fiziki və əqli qisurlu uşaqlara ayrılımış dərs sattları təlimata zidd olaraq ibtidai sinif müəllimlərinə verilir.Mühasibatlıq sənədlərindədə ciddi qanun pozuntularına yol verilir. Rayon müəllimlərinin əməkhaqqısından Həmkarın fonduna yığılmış pullar ayrı-ayrı müəllimlərin adına yazılmaqla mənimsənilir.Məktəb ərazisindən 200-300 km kənarda yaşayan sakinlər in adına texniki ştatlar yazılmaqla mənimsənilir. Laçın RTŞ-nin müdiri M,Vəliyev daha çox vəsait qazanmaq üçün bəzi məktəblərdə müəllimlərə kütləvi xəstəlik vərəqləri aldırır və jurnallarıda müəllimin özü tərəfindən aparmaqla dövlət büdcəsindən əlavə pullar qoparılır.Göstərdiyimiz faktlar heç bir aidiyyatı orqan tərəfindən araşdırılmır və araşdırılma aparılmadığı halda məhkəmələrə verilib uzun süründürməçiliklərlə qarşılaşırıq.Rayonun yaşıllaşdırma idarəsinə ayrılmış vəsaitlə Laçın obalarında yüz hektarlarla mesə masivi salmaq olardı.Lakin rayonun sabiuq icra Başçısı R.Cəbrayılovun dövründə salınmış parkdan başqa bir dənədə olsun ağac əkilməyib. Ayrılan vəsait A.Səlimovun cibinə axıb. Rayonun idarə və müəssisələrində çalışan fəhlələr və texnika A.Səlimovun fermer təsərrüfatında işləyir. Rayon Səhiyyə şöbəsindəd ə vəziiyət çox acınacaqlıdır.Belə ki, RMX-nın və Təcili Tibbi yardım bölməsinin həkim və texniki işçilərinin 50%-i Bakı, Abşeron və sumqayıt şəhərlərində yaşayır. Laçın obalarındakı Tibb məntəqələrində çalışan elə işçilər var ki, kənd cammatı hələdə onu tanımır. Tibb mənəqələrinin təmirinə ayrilmış vəsaitlərdə mənimsənilir.Dövlət tərəfindən pulsuz verilmiş dərmanlar xəstələrə verilmir.Hətta Şəkərli diabet xəstələrinə verilən dərmanlar da satdırılır. Rayonun Mədəniyyət və Turizm şöbəsinə ağlamaq lazımdır.Bu sahə demək olarki tamamilə yoxdur.Kənd kulub və mədəniiyət evlərinin, kitabxanaların heç bir fəaliyyəti yoxdur.İşçilərin əməkhaqısından aylıq almaqla başlı başına buraxılıb. Bu qurumun nəzdində fəaliyyət göstərən müsiqi məktəblərində şagir müəllimini tanımır.Respublikanın ayri-ayrı regionunda yaşayan sakinlərininadlarına dərs satları yazılmaqla aylıq hesab yığılır. Bu sahədədə inventar və avadanlıqlara ayrılmış vəsaitlər saxta sənədlərlə şəxsi ciblərə axır. Hörmətli Agentlik! Bu yazıdan sonra A.Səlimovun təziq və təqibləri ilə üzləşəcəm.Onsuzda məni susdurmaq üçün məhkəməyə verib təzminat tələb edəcəklər Sizin portalınız vastəsi ilə Əlaqədar Nazirliklərə və şəxsən Maliyyə Naziri Cənab S.Şərifova müraciət edirəm. Göstərdiyim faktar iştirakım təmin olunmaqla araşdırılsın. Dediyim faktardanda daha ciddi korrupsiya əməlləri aşkarlanmasa məni məsuliyyətə cəlb etsinlər". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |