Əsas Səhifə > Siyasət, Manşet > İsmayıllıya icra başçısı tam nəzarət edə bilirmi?

İsmayıllıya icra başçısı tam nəzarət edə bilirmi?


31-08-2015, 09:46
İsmayıllıya icra başçısı tam nəzarət edə bilirmi?
DİA.AZ: - Köhnə başçının vaxtında İsmayıllı qaynadı. Hətta bu rayonda baş verən olaylar dünya mətbuatının da diqqət mərkəzinə düşdü. Yerli məmur özbaşınalığı nəhayətdə İsmayıllı sakinləriniçilədən çıxarmış oldu.

Bəs indi vəziyyət necədir. DİA.AZ əməkdaşları parlament seçkiləri ərəfəsi bu kimi "qaynar nöqtələr" hesab olunan rayonlardakı durumu, ab-havanı öyrənmək məqsədilə araşdırmaya başlayıb.

Apardığımız araşdırmalardan aydın olur ki, İsmayıllıda gərginlik səviyyəsi heç də aşağı düşməyib. Söhbət əgər ənənəvi məmur özbaşınalığından gedirsə, bu gün sakinlər İsmayıllının yerli başçısından köhnə başçı qədərində narazılıq edirlər.

Adlarını çəkməmək şərtilə DİA.AZ-a danışan narazılar bildirir ki, yeni başçı Mirdaməd Sadıqova çox inanırdılar: "Amma görünür rayonda durumun düzəlməsi üçün təkcə başçını dəyiçmək lazım deyil. Bütün məmur korpusu, hətta polis rəisi də yenilənməli idi. İndi İsmayıllı hadisələrindən əziyyət çəkənlər yeni başçıya və köhnədən qalan polis rəisinə necə inana bilərlər?".

Sakinlər daha sonra sosial problemlərin də əvvəlki həddə qaldığını deyirlər: "Heç nə dəyişməyib. Mirdaməd müəllim də işin öhdəsindən gələ bilmədi. Cənab prezident isə ona çox ümidli idi. Elə bizim kimi"...

Qeyd edək ki, əməkdaşlarımzı rayondan geniş reportaj hazırlayıb. Həmin materialı da yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

Geri qayıt