Əsas Səhifə > Siyasət, Manşet > Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı...

Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı...


26-08-2015, 09:44
Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı...
DİA.AZ: - Masallı rayonu Qəriblər kənd sakini, 34 yaşlı azad sahibkar Qasımov Cavid Yavər oğlu bizə şikayət ünvanlayıb. Həmin şikayət məktubunda deyilir:

- Masallı rayonunun Qəriblər kəndində “Qəriblər” şadlıq sarayı da daxil olmaqla 2,3 ha torpaq sahəm var. Bunun 0,3 hektarı “Qəriblər” şadlıq sarayının binasını və ətrafını əhatə edir.
Ona bitişik 2 hektar torpaq sahəsi isə kənddəki keçmiş konserv zavoduna daxildir.
2012-ci ildə “Qəriblər” şadlıq sarayı mənə - Cavid Qasımova satılıb. Onun torpağına və binanın özünə dair Çıxarışım (kupçam) da vardır.
2014-cü il avqustun 20-də isə həmin şadlıq sarayının cənubunda yerləşən və 2 hektar sahəni əhatə edən ərazini alqı-satqı yolu ilə alıb və onun sənədlərini Masallıdakı 2 saylı Natoriat kontorunda təsdiq etdirmişəm. Daha dəqiq desək, keçmiş konserv zavodunun binası və həmin zavodun altındakı torpaqla birgə mənə satılıb. Həmin torpaq dövlət torpağı olduğu , bələdiyyəyə heç bir aidiyyatı olmadığı üçün bələdiyyədən alqı-satqı edilməyib.
Lakin Qəriblər bələdiyyəsi iddia edir ki, həmin dövlət torpaqları kənd bələdiyyəsinə məxsusdur. Onlar bu iddia ilə bu il mart ayının 30-da Şirvan İqtisad Məhkəməsinə müraciət ediblər. Şirvan İqtisad Məhkəməsi bu il aprelin 24-də həmin iddiaya baxıb və Qəriblər bələdiyyəsinin iddiasını əsassız sayıb. Bundan sonra Qərbilər bələdiyyəsi həmin iddiadan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib. Nəticə yenə də onlar üçün uğursuz olub.
Bütün bunlarla kifayətlənməyərək onlar Masallı Rayon Məhkəməsinə müraciət edib. Nemət Musayevin sədrliyi ilə keçən məhkəmə iclası 16 iyun 2015-ci il tarixində onların xeyrinə olmayan qərar qəbul edib və iş yenidən Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərilib.
Göründüyü kimi, bizim istifadəmizdə olan 2 hektar torpaq sahəsinin Qəriblər bələdiyyəsinin mülkiyyətində olmasına dair ortada heç bir sənəd yoxdur. Bu da məlumdur ki, məhkəmənin qərarı olmadan kimsənin mülkiyyətini sökmək olmaz.
Lakin Qəriblər bələdiyyəsinin sədri Müşfiq Ağayevin rəhbərliyi ilə mənim normal sahibkarlıq fəaliyyətimə ardıcıl və kobud müdaxilə edilir.
Onu da qeyd edim ki, nəinki onların əlində məhkəmə qərarı yoxdur, onlar bizə hər hansı bildiriş belə göndərməyibər.
2015-ci il iyulun 10-u , günün 2-ci yarısı, təxminən saat 13-15 arası onlar xeyli adamla – polis, ərazi nümayəndəsi və digər şəxslərlə məhkəmə qərarı və prokururun sanksiyası olmadan yuxarıda adı çəkilən obyektin çəpərini traktorla sökməyə başladılar və hasarın bir hissəsini dağıtdılar. Deyirlər ki, nə sənəd, bizim sənəd bizim sözümüzdür.

Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı...
Masallıda yeni firon peyda olub: Qəriblərin bələdiyyə başqanı...

Maraqlı orasıdır ki, zorakılıqla aparılan söküntü zamanı şəkil və video çəkməyə imkan vermədilər. Deyirlər, çəksəniz sizi həbs edərik. Bizi açıq-aşkar həbslə hədələdilər. Anamızın, bacımızın və digər qadınların ürəyi getdi.
İş o yerə çatdı ki, 102 xidməti də bizim şikayətimizə əhəmiyyət vermədi. Sanki həmin vaxt qanunları dondurmuşdular.
Bu proses təxminən 3-4 saat çəkdi.
Kəndin Ərazi nümayəndəsi Elnur İmamyarov orada olsa da, olanlara əhəmiyyət vermədi.
Biz prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişik.
Biz həm də Masallı I Rayon Məhkəməsinə müraciət etmişik. Tələbimiz odur ki, maddi - mənəvi ziyana, elə də bizə qarşı açıq-aşkar özbaşınalığa görə tədbir görülsün.
Bütün bu işlərin başında isə kənd bələdiyyəsinin sədri Müşfiq Ağayev durur. O, doğrudan da haqq, qanun qoruyandırsa, niyə payıbəlli torpaqda özü üçün ev tikib, qohumlarına və digər ərazidə yaşayan kənar şəxslərə qeyri-qanuni torpaq sahələri verib.
Biz bu olayla bağlı Respublika Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Masallıda görüşdə olarkən onun da qəbulunda olduq. Kərim müəllim də sənədlərlə tanış olduqdan sonra bizim haqlı olduğumuzu bildirdi.
Hazırda bizə müxtəlif vasitələrlə təzyiqlər edilir. Şikayətlərimizə ədalətlə baxılmır. Bizim üçün hələ də qaranlıqdır ki, axund nəvəsi, suvarma idarəsinin rəhbəri Hacı Ağabəy hansı əsasla traktorlarını azad sahibkarın obyektini sökdürməyə göndərir? 102 xidməti nədən zəngimizə reaksiya vermir, əksər rəhbər işçilər (hələlik adlarını çəkmirəm) Azərbaycan qanunlarına açıq-aşkar hörmətsilik edən bələdiyyə sədrinə dur deməyə niyə cəsarət etmirlər?

Geri qayıt