Əsas Səhifə > Siyasət, Manşet > "Qarşıdan küləkli və şaxtalı qış gəlir"...

"Qarşıdan küləkli və şaxtalı qış gəlir"...


13-08-2015, 10:17
"Qarşıdan küləkli və şaxtalı qış gəlir"...
Sumqayıt şəhər sakini Kərimov Eyvaz İsmayıl oğlu "Təzadlar"a şikayət göndərib. Şikayətdə deyilir:
-"Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev cənablarına "Təzadlar" vasitəsi ilə bildirirəm ki, Sumqayıt şəhər qaz istismarı idarəsində qanunsuzluq və özbaşınalıq baş alıb gedir. Belə ki, mən Sumqayıt şəhər Corat bağları f-1 ünvanında yaşadığım evin, Fəqan Kərimovun adına olan smartkart tipli qaz sayğacının balansına 11 iyun 2015-ci ildə Sumqayit şəhər poçt terminalından pul yüklədim. Bu sayğacın nömrəsi GPG 13102451, kartın nömrəsi 3380030977 A 809070, əməliyyat nömrəsi isə 1569908397-dir. Pulu yüklədikdən sonra Sumqayıt şəhər qaz istismarı idarəsi məni süründürməçiliyə salmağa başladı. Dəfələrlə qaz istismarı idarəsinə və idarənin bizim zona üzrə sahə inspektoru Şirzad (soy adını bilmirəm) müəllimə bu haqda şifahi bildirsəm də mənə hər dəfə pul idarənin balansına köçürülməyib dedi. Mən Sumqayit poçt terminalinda olaraq bunu aydınlaşdırdım və məlum oldu ki, Sumqayıt qaz istismarı idarəsinin mənə cavabı, yəni ödədiyim pulun poçt terminalından şəhər qaz istismarı idarəsinin balansına köçməməsi yalandır. Pul şəhər qaz istismarı idarəsinin balansına köçürülüb. Butun bu yalanlar Sumqayıt qaz isismarı idarəsinin mənə qarşı olan laqeyid münasibətinə bir don geyindirmək üçündür. Mənə qarşı olan bu haqsızlığı bildikdən sonra "Azəriqaz"ın 104 qaynar xəttinə zəng etdim. Qaynar xətdə etdiyim ilk zəngdə mən elə bildim ki, 16 FM radiosunun musiqi sifarişi bölməsinə zəng etmişəm. Çünki ilk zəngimi götürən adam mənim şikayətimi dinləməkdənsə xəttə musiqi qoşdu. Mən bir neçə dəfə zəng etsəm də hər dəfə məni dinləməkdənsə xəttə musiqi qoşulurdu. Mən qaynar xəttə zəngimi dayandıraraq bir müddət gözlədikdən sonra yenidən sahə mühəndisinə müraciətimdən sonra "Şevrolet" maşınında qaz istismar idarəsinin iki nümayəndəsi evimə gələrək sayğacıma baxdılar və isləmədiyini bildirərək mənə köməklik göstərəcəklərini bildirsələr də bu gunə kimi mənə heç bir kömək göstərməyiblər.
Cənab Əkbər Hacıyev, qarşıdan küləkli və şaxtalı qış gəlir, xahiş edirəm mənim qaz sayğacımın nəyə görə qaz keçirməməsini aydınlaşdırmaq üçün mütəxəssis göndərilməsinə və ödədiyim pulun əvvəzində mənə qaz verilməsinə koməklik göstərəsiniz.
Redaksiyadan: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq və məsələ tərəfimizdən araşdırılır.

Geri qayıt