Əsas Səhifə > Siyasət, Manşet > Onun məşəli gur yana bilər, amma neçə evdə onun səbəbindən qazanlar qaynamır...
Onun məşəli gur yana bilər, amma neçə evdə onun səbəbindən qazanlar qaynamır...8-08-2015, 11:00 |
“Cibində bu qədər pul olduğu halda bizim haqqımızı vermək istəmir. Az qalıb ki, tikdirdiyi imarətlərə lift də quraşdırsın. İmarətin aqlay üzləməsinin puluna bir ev də tikmək olardı. Bir sözlə, idarə rəhbəri villasına milyonlar sərf edir, ancaq bizim əməyimizin haqqını vermir. Allah böyükdür, bu haqsızlığı, özbaşınalığı yerdə qoymaz...”Yəqin ki, bu sətirləri oxuyan hər kəs pulunu balta kəsməyən, ikicə daşı üst-üstə qoymaqla milyonlar qazanan, boynunun yoğunluğundan başını yalnız bədənilə sinxron çevirə bilən daha bir harınlamış fəhlənin növbəti dəfə kasıb, dövlətin və xalqın mənafeyi naminə çalışmaqdan halı qalmamış, quru maaşa gecə-gündüz vicdanla çalışan sadə bir Azərbaycan məmuruna şər və böhtan atmağa çalışdığını dərhal başa düşər. Hə, az qala unutmuşdum, bu fəhlələr hələ bir deyirlər ki, guya idarə rəisi öz villasının tikinti işlərinə baxmağa gələndə hər dəfə cibindən yüzlük “paçka”sı çıxarıb sanki onlara acıq verirmiş. Axı idarə rəisinin cibində yüzlük “paçka”sı nə gəzir? Xüsusən də ARDNŞ-nin idarələrindən birinin rəisinin cibində...Amma son vaxtlar bu rəis nəsə ümumiyyətlə mətbuat səhifələrində tez-tez tənqidə məruz qalır. Əlbəttə ki, söhbət ARDNŞ-nin Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayevdən gedir. Deyilənlərə görə bu məmur hələ “Azəriqaz” İB direktorunun əsaslı tikinti üzrə müavini işləyən zamanlardan korrupsiyaya qurşanıb. Mənbələrin iddiasına görə, o vaxtlar Qağaməli Seyfullayev qaz xətlərinin dəyişdirilməsi, xaricdən sayğacların alınması və İB-nin strukturuna daxil olan idarələr üçün binaların tikilməsi kimi mühüm işlərə hər il ayrılan vəsaitləri mənimsəmək üçün elə maxinasiyalar həyata keçirirdi ki, hətta onun əməllərindən gəlir gözləyənlərin özləri də heyrətə gəlirdi. Beləcə, “Azəriqaz”ın tikinti sektoruna ayrılmış vəsaitlərin xırıd edə-edə, Qağaməli Seyfullayev gəlib yetişib ARDNŞ-nin Qaz İxrac İdarəsinin rəisi vəzifəsinə. Amma qurumun daxilində olan bir çox mənbələr iddia edirlər ki, Qağaməli müəllim rəis kimi fəaliyyətə başlayandan az müddət sonra bu idarənin işində bir çox neqativ hallar qeydə alınmağa ba.ıayıb. Məsələn, bildirilir ki, hazırda idarənin maddi-texniki təchizatı normal səviyyədə olmadığından fəhlələr çətin şəraitdə işləməyə məcburdurlar. Dövlət tərəfindən idarəyə hər il külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, sahələrdə hələ də köhnə cihaz və avadanlıqlardan istifadə edilir. İdarənin nəqliyyat və xüsusi texnika ilə təminatı da istənilən səviyyədə deyil. Bu səbəbdən təbii qaz həcmlərinin səmərəli idarə olunmasıxeyli çətinləşib. Redaksiyamıza daxil olan məlumatlara görə, Qaz İxrac İdarəsinin rəhbərliyi əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət olunması, həmçinin işçilərin sağlamlığının qayğısına qalınması məsələsində də passivlik nümayiş etdirir. İşçilərin əksəriyyəti əmək şəraitinin ağırlığından, hüquqlarının pozulmasından və maaşlarının vaxtında verilməməsindən şikayətçidirlər. Digər bir açıqlamaya görə isə, uzun illər bu sahədə çalışan idarə rəisi dövlət vəsaitlərini mənimsəməklə, özünə böyük kapital toplamağı bacarıb. Bu xüsusda yayımlanan məlumatlardan birində deyilir: “Qağaməli Seyfullayev işlədiyi bütün müəssisələrdə yalnız şəxsi qazancı barədə fikirləşib. Qaz İxrac İdarəsində də köhnə prinsiplə işləyir. Bu idarəyə ayrılan büdcə vəsaitlərinin yetərli hissəsinin hara xərcləndiyi bilinmir. Qağaməli müəllim büdcə pullarının hesabına özünə geniş imkanlar yaradıb və paytaxtın bir çox ərazilərində ticarət obyektləri alıb...”İndi üzümü Qağaməli müəllimin növbəti villasının tikintisində işləyən fəhlələrə tutub demək istəyirəm, insafınız olsun! Görürsünüz ki, bu məmuru sizsiz də rahat işləməyə qoymurlar. Guya Azərbaycanda büdcəni talayan tək məmur elə Qağaməli Seyfullayevdir. Siz də bir tərəfdən pulunuzu tələb etməyə vaxt tapmısınız..? Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |