Əsas Səhifə > Siyasət, Manşet > İndi tək qalanı onun kürsüdən atılmasıdır - Azərbaycan səhiyyəsinin "ebolası"...
İndi tək qalanı onun kürsüdən atılmasıdır - Azərbaycan səhiyyəsinin "ebolası"...31-07-2015, 09:43 |
DİA.AZ: - Məlum olduğu kimi, iyulun 30-da Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib. Aydın olur ki, həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək. Qiymətlərə nəzər salanda hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görülür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq. Qiyməti 7 manat müəyyən edilmiş Ukrayna istehsalı olan “Proneyro” 51-61 manata, yaxud Argentina istehsalı olan “Qaston” preparatı apteklərdə 13-17.50 manata satılır. Tarif Şurası “Qaston”-un pərakəndə satış qiymətini 1 manat 50 qəpik məbləğində müəyyənləşdirilib və s. Ümumilikdə, ən çox qiymət fərqi Macarıstan, Kipr, Misir və Argentina istehsalı olan dərmanlarda özünü göstərib. İtaliya və Almaniya kimi iri əczaçılıq məhsulları istehsal edən ölkələrin dərman vasitələrinin qiymətində nisbətən az dəyişiklik baş verib. Yəni buradan da aydın olur ki, illər uzunu ölkənin dərman mafiyası milləti rəsmən qarət edib. DİA.AZ bildirir ki, əslində bu DƏRMAN MAFİYASININ kimlərdən ibarət olduğu və kimlərin maraqlarına xidmət etdiyi kimsə üçün sirr deyil. Bu işə birbaşa olaraq səhiyyə nazirliyində bütün dövrlərin və nazirlərin ən sevimli müavini olan Elsevər Ağayev rəhbərlik etməkdədir. Elsevər Ağayev yeganə nazir müavinidir ki, Əli İnsanovun "yadigarı" kimi səhiyyə sistemində İNSANOVŞİNAnı şərəfilə yaşatmaqda idi. Elə bunun nəticəsidir ki, bu gün DÖVLƏT dərman mafiyasının əl-qolunun bükülməsi üçün ayrıca qərar verir, qanun qüvvəyə mindirir. Halbuki bunun üçün dərman bazarına çirkin müdaxilə kimi görünən əllərin qoparılması da yetərli idi. Görünür, bizdə hələlik problemin həllində budama üsulu prioritetliyini qoruyur. Yəni ilk əvvəl Elsevər Ağayevin qol-budağı budanır, sonra isə problem KÖKÜNDƏN həll olunur... Amma zənn etmirik ki, Elsevər Ağayev bu şəkildə qlobal əhəmiyyət daşısın ki, onunla bağlı mərhələli plan işə salınsın. Təbii ki, hökumətin məlum qərarı dərman bazarındakı pərakəndəliyə də son qoyacaq və bir sistem yaradacaq. Bu isə qqeyd etdiyimiz kimi Elsevər Ağayevin işinə yaramayacaq. Əgər işinə yaramayacaqsa, deməli, onunla bağlı da bir qərarın qüvvəyə minməsi zərurəti ortaya çıxacaq... DİA.AZ-Azər Geri qayıt |