Əsas Səhifə > Siyasət, Manşet > “İdeal-İ-İnşaat” MMC-nin sahibinin yeni fırıldağı üzə çıxdı
“İdeal-İ-İnşaat” MMC-nin sahibinin yeni fırıldağı üzə çıxdı28-07-2015, 10:35 |
“Təzadlar”ın ötən saylarında xəbər verildiyi kimi, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (köhnə Şüşə zavodunun yerləşdiyi ərazi) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almış vətəndaşları aldadaraq pullarını mənimsəyən həmin MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu və “İdeal-İ İnşaat” MMC-nin indiki direktoru və İsa Məmmədovun yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunun mənzil fırıldaqlarının sorağı artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, DİN-ə və MTN-ə qədər gedib çıxmaqdadır... Vətəndaşlar artıq piket keçirmək və İsa Məmmədovun mənzil fırıldaqlarını açıb göstərmək istəyirlər. Təsəvvür edin ki, yüzlərlə vətəndaş on ilə yaxındır pulunu ödədiyi mənzilinə yaxın düşə bilmir... Fırıldağın anatomiyası... İlk əvvəl qeyd etmək istəyiriki ki, qəzetimizdə və saytımızda belə mənzil fırıldaqçılarını ifşa etdiyimizə görə bizə müraciət edən və öz minnətdarlıq hisslərini ifadə edən bütün vətəndaşlara bir daha təşəkkür edirik. Artıq gündən-günə aldadılaraq pulları bu mənzil dələduzları tərəfindən oğurlanmış vətəndaşların bizə olan müraciətləri artır. Sankı uzun müddət (son 10-12 il ərzində) bu dələduz dəstəyə mənzil tikintisi üçün etibar etdikləri halalca pullarının müqabilində özlərində “Yəqin ki, nə vaxtsa tikib təhvil verərələr” ümidləri ilə özlərində yanlış bir təəssürat yaratmış böyük bir insan kütləsi oyanmaqdadır. Sən demə, bu mənzil fırıldaqçılarının qurbanları olmuş vətəndaşların sayı minlərlədir. Biz isə öz növbəmizdə, cəmiyyətimizin belə viruslardan təmizlənməsində yardımçı olmağımız üçün ümidlərini bizə dikmiş bütün vərəndaşlara, öz jurnalist borcumuzu vicdanla yerinə yetirərək, tələb olunan jurnalist araşdırmalarımızı aparacağımıza, ictimaiyyəti daim əsaslı, dəqiq və qərəzsiz məlumatlarla təmin edəcəyimizə zəmanət veririk. Görəsən, bu dələduz dəstənin havadarları olan və onların “qoltuqlarına qarpız verən” adları artıq bəlli olan, lakin hələ ictimaiyyətə açıqlanmayan yüksək vəzifəli məmurlar nəyə arxayındırlar? Bilmirlərmi ki, bu mənzil fırıldaqçılarının dələduzluğundan təngə gəlmiş, aldadılmış və təhqir olunmuş, hər seydən ümidi üzülən kasıb və köməksiz insan kütləsi ayağa qalxaraq, kimi əsəblərini cilovlaya bilməyib özünü intihar edəndə, kimi isə çıxış yolunun məhz dövlət başçısının birbaşa məsələyə müdaxilə etməsində görəndə, artıq onların özlərinə “havadar” axtarmaları lazım gələcək? Bu barədə sonrakı yazılarımızda faktlarla ətraflı məlumat verəcəyik. Mənzil fırıldağında yeni “metod” Hazırda isə bizə verilən son məlumatlara əsasən, “İdeal-İ İnşaat” MMC-nin arxasında gizlənən həmin MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu və indiki direktoru və İsa məmmədovun yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlu öz mənzil fırıldaqlarını daha da təkmilləşdirmış və vətəndaşlardan yeni “pulyığma” maxinasiyalarına başlamışlar. Mexanizm çox sadədir. Görünür bu maxinasiyanın layihəsinin işlənib hazırlanmasında bu mənzil fırıldaqlarının vəkillərinin də böyük zəhməti və töhfəsi olub. Son bir neçə gün ərzində, mənzillərinin dəyərinin bir hissəsini ödəyərək, qalan hissəsini mənzilin tikintisi başa catdırıldıqdan sonra bu podratçı “İdeal-İ İnşaat” MMC-yə ödənilməsinə ümid edən vətəndaşların demək olar ki, hamısı bir-birinin ardınca bu MMC-nin adından onun direktoru Məmmədov Çingiz Əkbər oğlu tərəfindən imzalanmış “xəbərdarlıq” məktubları alırlar. Həmin xəbərdarlıq məktublarından bir neçəsi “Təzadlar”dadır... İsa və Çingiz Məmmədovlar öz müştəriləri olan vətəndaşları heç bir məhkəmə qərarı-filan olmadan, “müqaviləni birtərəfli qaydada” ləğv etmələri ilə hədələyərək tez bir zamanda yerdə qalan borclarını ödəmələrini tələb edirlər. Halbuki 10 ilə yaxındır ödənilmiş on milyonlarla pulun əvəzində indiyədək bir qara qəpiklik iş görülməyib... Hansı ki vətəndaş həmin pulu banka qoysaydı, indiyədək (1200 ay) həmin mənzilin dəyəri qədər faiz almış olardı... Və İsa və Çingiz Məmmədovlar isə yığdıqları pulları əsla tikintinin başa çatdırılmasına deyil, öz şəxsi problemlərinin həllinə yönəldirlər. Çünki İsa və Çingiz Məmmədovun onlarla bağladıqları “müqavilələrə birtərəfli qaydada” xitam verdiklərindən sonra, artıq indiyədək bu fırıldaqçılara ödədikləri pullarını da tamamılə itirməklərindən qorxan vətəndaşlar, son bir-neçə gün ərzində bu MMC-yə nəqd olaraq külli miqdarda pul ödəməli olmuşlar. Lakin təəssüflər olsun ki, bu vəsitin heç bir qəpiyi də həmin İsa və Çingiz məmmədovun MMC-si tərəfindən tikintiyə xərclənməmişdir və o böyüklükdə tikinti kompleksində son bir neçə il ərzində bu cənablar tərəfindən faktiki olaraq heç bir iş görülməmişdir... Qeyd olunanları nəzərə alaraq vətəndaşları bir daha ayıq və ehtiyatlı olmağa çağırırıq.. (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |