Əsas Səhifə > Siyasət, Manşet > Sumqayıt Oftalmoloji Xəstəxanasında bazar qanunları Hippokrat andını da üstələyir

Sumqayıt Oftalmoloji Xəstəxanasında bazar qanunları Hippokrat andını da üstələyir


21-07-2015, 09:48
Sumqayıt Oftalmoloji Xəstəxanasında bazar qanunları Hippokrat andını da üstələyir
Redaksiyamıza daxil olmuş yeni məlumatda Akademik U.Musabəyli adına rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxanasında son vaxtlar olduqca qəribə bir vəziyyətin yarandığı bildirilir. Məlumatı təqdim edən mənbə iddia edir ki, sözügedən tibb müəssisəsində işləyən kəkim-cərrah Qara Ərəbov özü-özünü müstəsna səlahiyyət sahibi elan edib. Bu səlahiyyətlər isə, ilk növbədə Qara həkimin xəstəxanada keçirilən demək olar ki, bütün cərrahi əməliyyatlar üzərində monopoliya yarada bilməsində özünü göstərir. Hətta məlumatda belə bir məqam da xüsusi olarq vurğulanır ki, Qara Ərəbov bir müddət bundan əvvəl Bakıya, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi klinikaya dəvət alsa da, o, bu dəvəti rədd etmişdir. Amma mənbə bu olduqca əlverişli təklifdən imtinanı heç də Qara həkimin öz doğma müəssisəsinə bağlılığı ilə izah etmir. Məsələ bundadır ki, heç bir yüksək məvacib Qara Ərəbovun Sumqayıt Oftalmoloji Xəstəxanasında yaratdığı “əməliyyat monopoliyası” sayəsində əldə etdiyi gəlirləri təmin edə bilməz. Qəribədir ki, hətta xəstəxananın baş həkimi İradə Əliyeva da bu həkim-cərrahın törətdiyi özbaşınalıqların qarşısını almaqda acizlik nümayiş etdirir. İş o yerə çatıb ki, Qara həkim “Odlar Yurdu” universitetinin biologiya fakültəsini bitirmiş və aldığı ixtisasın əslində tibb sahəsinə heç bir aidiyyatı olmayan qızını da öz yanında işə düzəldə bilib. Bu xüsusda məlumatda bildirilir ki, Qara Ərəbov özü bu “səlahiyyətlərin” ona bir başa Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təmin olunduğunu iddia edir. Lakin həkimin məhz bu iddiası mənbə tərəfindən müəyyən qədər şübhə altına alınır. Məsələ bundadır ki, Qara Ərəbov işlədiyi xəstəxananın kollektivi tərəfindən daha çox iqtidardan narazı şəxs kimi tanınır. Belə olan vəziyyətdə isə, cənab Oqtay Şirəliyev kimi Azərbaycan dövlətçiliyinə son dərəcə sədaqətli bir dövlət məmuru tərəfindən Qara Ərəbovun himayə olunması heç də inandırıcı görünmür. Qara həkimin dövlət orqanlarından narazılığının isə bəzi subyektiv səbəbləri vardır. Mənbə bu səbəblərdən biri kimi Qara Ərəbovun Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, hazırda ömürlük həbs cəzasına məhkum olunmuş Elçin Əmiraslanovla qohumluq əlaqələrində olmasını göstərir. Məlumatda bildirilir ki, həkim tez-tez öz qohumunun haqsız olaraq məhkum edildiyindən və bu haqsızlıqla heç zaman barışmayacağından bəhs edir. Digər tərəfdən isə, mənbə Qara Ərəbovun qardaşı, Adil Ərəbovun narkotik aludəçisi olduğunu və bu xüsusda tez-tez hüquq-mühafizə orqanları ilə problemlər yaşadığını da vurğulayır. Təbii ki, bu problemlərin də “həlli” Qara həkimin öhdəsinə düşür. Bununla belə, Qara Ərəbov narazı olduğu dövlətin onun üçün yaratdığı şəraitdən yetərincə yararlanmaqdan heç də imtina etmir. Belə ki, sadəcə bir cərrah skalpeli indiyədək Qara həkimə bir çox sərvətə sahib olmaq imkanı yaratmışdır. Aldığımız məlumatda da bildirilir ki, Qara Ərəbov hal-hazırda Bakının Yasamal rayonunda iki şəxsi mənzilə və bir kommersiya obyektinə sahibdir. Bundan başqa isə həkimin təbii ki, Sumqayıtda da bir neçə yerdə şəxsi ev və mənzilləri vardır. Bu arada isə, xəstəxanada olan mənbələrin sözlərinə görə, Qara Ərəbovun qızı da rəfiqələri ilə söhbət əsnasında atasının artıq Türkiyədə də bir ev aldığını və bu yaxınlarda daha bir ev İtaliyada almağa hazırlaşdığını demişdir. Maraqlıdır, görəsən bir həkimin dövlətdən razı qalması üçün ona daha hansı imkanlar təmin olunmalıdır..?\\bizimdovr.az\\

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt