Əsas Səhifə > Siyasət, Manşet > Prezidentin sonuncu çıxışı Gəncədəki məmurlara hələ çatmayıbmış...
Prezidentin sonuncu çıxışı Gəncədəki məmurlara hələ çatmayıbmış...17-07-2015, 08:35 |
Cənab Prezidentin Nazirlər Kabinetinin sonuncu toplantısında Vergilər Nazirliyi barədə sərt tənqidi çıxışı təkcə sahibkarlar tərəfindən deyil, cəmiyyət üzvləri tərəfindən də alqışla qarşılanıb. Prezident cox qəti şəkildə Vergilər Nazirliyinə konkret göstərişini verdi. Bu çıxış sahibkarlara, iş adamlarına sanki yeni bir ruh, yeni bir nəfəs, yeni ümidlər verib. Belə əhval-ruhiyyə içərisində olan çoxsaylı Gəncə sahibkarları Qafqaz Xəbər Agentliyinə müraciət edib. Məlumdur ki, agentliyimiz xeyli müddətdir Gəncə şəhərindəki qanunsuzluqlarla bağlı ortaya sistemli mövqe qoyaraq ciddi araşdırma yazıları dərc edir. Bu dəfə də Gəncə sahibkarları xahiş ediblər ki, onların problemlərini işıqlandıraq. Neçə illərdi ki, iri vergi odəyicisi olan şirkətlərdə Vergilər Nazirliyi, nazirliyin audit idarəsi audit yoxlamaları həyata kecirirdi. Buna baxmayaraq Şahin Əyyubovun rəhbərlik etdiyi Gəncə Ərazi Vergilər İdarəsi müxtəlif bəhanələrlə nazirlikdən sonra təkrar yoxlamalar keçirərək “cərimə” adı altında pullar yığırlar. Bütün bu biabrıçılqıdan bezən, Gəncə vergi idarəsindən canlarını qurtarmaq istəyən Gəncə sahibkarları hüquqi ünvanlarını dəyişərək Bakı şəhərinin qeydiyyatına keçiblər. Səbəb də odur ki, bu ildən bütün yoxlamalar artıq nazirliyin Baş audit idarəsi tərəfindən deyil, Gəncə Ərazi Vergilər İdarəsi tərəfindən keçirilir. Sahibkarlar deyir ki, insaf naminə qeyd edək ki, nazirliyin audit yoxlamaları çox şəffaf keçirdi, ödəmələr düzgün hesablanırdı. Amma indi… Cənab Əyyubov özünü “Gəncəbasar qubernatoru” kimi aparır. Bu idarənin əməkdaşları qanunsuz yoxlamalar zamanı ağıllarına gələn rəqəmi deyərək ödəməyi tələb edirlər. Əks halda sahibkarlar istintaqa veriləcəkləri ilə hədələnirlər. Sahibkarlar deyəndə ki, neçə ildir nazirlik yoxlayanda heç bir problem yox idi, indi siz niyə bizə divan tutursunuz, əməkdaşların cavabı belə olur: “ Bura Əyyubovun idarəsidir…” Əyyubov soyadını isə hamı ölkədə yaxşı tanıyır. Sahibkarların Şahin Əyyubovun qəbuluna düşməsi isə mümkün deyil. Azərbaycanda istənilən nazirin qəbuluna düşmək Əyyubovun qəbuluna düşməkdən asandır. Sahibkarlar onun qəbuluna düşə bilmirlər ki, dərdlərini desinlər, əsassız rəqəmlərin necə hesablandığını soruşsunlar. Görəsən, Şahin Əyyubov bilmir ki, onun qəbuluna düşə bilmədiyi sahibkarların ödədiyi vergilərin hesabına maaş alır..? Cənab Prezident sizə etimad göstərib, şərəfləndirib general rütbəsi verib, inanıb ki, sizlər dövlətə, xalqa xidmət edəcəksiniz. Amma sizlər qapını millətin üzünə çırpırsınız.. Sahibkarlar cənab Şahin Əyyubova məsləhət bilir ki, dinimiz də fironları sevmir və uca Allah üçün Əyyubov soyadı yoxdur. Ona görə də general papağınızı qarşınıza qoyub fikirləşin. Və zülm etməkdən çəkinin. Geri qayıt |