Əsas Səhifə > Siyasət, Manşet > Dəhşət: Səlim Müslümovun işçisi rüşvət istədiyi əlili indi də hədələyir
Dəhşət: Səlim Müslümovun işçisi rüşvət istədiyi əlili indi də hədələyir15-07-2015, 09:07 |
DİA.AZ: - Ucar rayonu Rəstəcə kəndi sakini İsayeva Kəmalə Ağasəlim qızının 36 saylı TSEK rəhbərliyi tərəfindən incidilməsi barədə şikayətini diqqətinizə təqdim etmişdik. İndi isə narazı vətəndaş eyni ünvan tərəfindən hədələndiyini iddia edir. DİA.AZ olaraq əlil xanımın müraciətini təqdim edirik: "36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidov məndən 1000 manat rüşvət istəmələri barədə mətbuatda gedən şikayətimdən sonra hədə-qorxuya məruz qalmışam.Beləki, şikayətim mətbuatda icyimailəşdikdən sonra 36 saylı TSEK-in müdiri Emil Kamilov məni idarəyə çağırıb bir nəfər adını təqdim etməyən şəxsi göstərib Bakıdan Nazirlikdən gəldiyini söyləyib izahat verməli olacağımı mənə bildirdi. Özünü Nazirlikdən gələn şəxs kimi təqdim edən həmin naməlum şəxs sanki Emil Kamilovun vəkili kimi çıxış edib yalan danışdığımı mənə irad tutdu, hər ikisi mənə məcbur edirdilər ki,izahat yazım ki, səndən rüşvət istənilməyib əsəbi olub yazmısan belə olanda sənin 2-ci qrup əlilliyini bərpa edəcəyik.Mən isə buna razı olmayanda, Emil Kamilov yüksək tonla dediki hara şikayət etsəndə mənası yoxdur pulumu verib işimi həll edəcəm, mən haqlı sən haqsız çıxacaqsan.Prinsipə qaldısa sənin əliliyini bərpa etməyəcəm, biz Nazirliyimizin qoyduğu qanunlarla işləyirik xoşun gəlmir get yenə şikayət et, nə etsən mənası olmayacaq, sənin özünü məsuliyyətə cəlb edəcəklər. Həqiqətən də oradakı acınacaqlı mənzərədən dəhşətə gəldim.Mənim kimi əsil xəstə insanlar əlillik dərəcəsini ala bilmirlər , əzab-əziyyət çəkirlər.Ancaq adamlar tanıyıram ki, tam sağlam olsalarda saxtakarlıqla rüşvət hesabına əlillik dərəcəsi alıb dövlətdən hər ay müavinət alırlar ki, bunun nəticəsində küllü miqdarda pullar havaya sovrulur.36 saylı TSEK-də qeydiyatda olan əlilərin təkrar əsaslı komissiyası keçirilərsə 90 % -nin tam sağlam olmaları subut olunacaq.Kim istənilən rüşvəti verirsə ona saxta əlillik təyin edirlər.Mənim isə tələb edilən 1000 manat rüşvəti verməyə imkanım olmadığımdan qanunsuz olaraq əlillik dərəcəmi ləğv ediblər. Artıq komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərimi alıb saxlayıb pulu gözləyirlər Xatırladım ki, 1990-cı il tarixdə evimizdə çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti almışam.Buna görə 2- il Xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80 % ağır dərəcədə yanıb.Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm.Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və buna görə müavinət alırdım. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi aldı baxdı və mənə dediki 1000 manat verməsən sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik.Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum dedim bəlkə rəhimi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb qanunu qaydada qərar çıxardar.Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar dedi. 36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə Prezidentə, Mehriban xanıma və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etmişəm.Mən növbəti dəfə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyay Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm ; hörmətli insanlar mətbuatdakı müraciətimdən sonra ümüd etdim ki. şikayətimi araşdırıb məndən rüşvət istəyən vəzifəli şəxslərin barəsində tədbir görərlər.Ancaq çox təssüf olsun ki. Nazirlikdən gələn şəxs məndən rüşvət istəyən Emil Kamilovu açıq aşkar müdafiə etdi. Mən həqiqətən əmək qabiliyyətimi itirmişəm əsil xəstəyəm anacq uzun illər buna görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və uzun illər müavinət alırdım.Səhhətim dahada ağırlaşdığı halda əlillik dərəcəmi ləğv etdilər.Nədi ki, istədikləri rüşvəti verməyə imkanım olmadı. Sizdən xahiş edirəm müraciətimi araşdırıb 36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in korrupsiyaya qurşanmış müdiri Emil Kamilovun barəsində qanunu tədbir görəcəksiniz". Geri qayıt |