Əsas Səhifə > Siyasət, Manşet > Xızı və Neftçalanın icra başçıları istintaqa mane olur

Xızı və Neftçalanın icra başçıları istintaqa mane olur


13-07-2015, 09:14
Xızı və Neftçalanın icra başçıları istintaqa mane olur
DİA.AZ: - Bir neçə aydır ki, Azərbaycan mətbuatında ehtyatda olan zabit Əliyev Əbülfəz Cəlal oğlunun bir qrup vəzifəli şəxslər tərəfindən aldadılaraq pulunun mənimsənilməsi ilə bağlı davamlı olaraq KİV-ləri məlumatlandırmaqdadır.

Zərərçəkənin DİA.AZ-a verdiyi məlumata görə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qayını və şəriki, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu, xarci kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, vaxtilə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Əliyev Əbülfəz Cəlal oğlunun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib.

Zərərçəkən Əbülfəz Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, Aslanov Rövşənlə yaxın hətta dost münasibətləri olub: "O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qayını olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. Əbülfəz Əliyevin dediyinə görə Rövşən Aslanov, Rahib və Kubar imkanlı adamları aldadtmaq, etibarından sui-istifadə edərək pul mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda "1001 rakip" adlı şirkət qurublar”.Zərərçəkənin verdiyi məlumata görə indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu.

Əbülfəz Əliyev mətbuata verdiyi son açıqlamada bildirib ki,

30 mart 2015-ci il tarixində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifəli və səlahiyyətli şəxs tərəfindən qəbul olunub: “O mənə bildirdi ki, sizin işiniz nəzarətə alınıb və lazımi addımlar atılacaqdır. Bundan sonra mənim işimlə idarənin işcisi Əsəd Əliyev məşğul olmağa başladı. O mənimlə görüşdə bildirdi ki, istintaqa mane olmamaq üçün mətbuta açıqlama verməyim. Elə də etdim. Amma sonradan gördüm ki, aparılan istintaqa Rövşən Aslanovun himayədarları ciddi mane törədir. Və işin araşdırılıb yekunlaşmasına imkan vermədilər. Amma mən yenə də mətbuta müraciət etmədim. Çünki ölkəmizdə Beynəlxalq səviyyəli bir tədbir 1-ci Avropa Oyunları başladı. Və mən vətənpərvər bir şəxs kimi belə bir möhtəşəm tədbirə görə öz problemlərimi arxa plana keçirdim. Şükür ki, 1-ci Avropa Oyunları möhtəşəm keçərək uğurla başa çatdı. Məhs bundan sonra mən yenidən mətbuata müraciət etmək qərarına gəldim. Mənim gəldiyim qənaət odur ki, iki il ərzində olduğu kimi yenədə Rövşən Aslanovun güclü himayədarları bu işin araşdırılmasına mane oldular. Bu barədə mən növbəti açıqlamalırımda daha geniş məlumatlar verəcəyəm.Sonda Əbülfəz Əliyev bildirdi ki, başına gətirilən bu hadisəyə bu günə qədər hüquqi qiymət verilməsinə nail ola bilməsədə, Azərbaycan mətbuatının dəstəyi ilə ictimai rəyi qazanmağa çalışacaq. 28.05.2015 il tarixdə Ölkə Başçısı Cənab İlham Əliyev “ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz” fikrini rəhbər tutaraq mən də öz hüquqlarımı bu yolla əldə etməyə çalışacam.

(ardı var)

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt