Əsas Səhifə > Siyasət, Manşet > İndi də "MuğanBank"dakı maxinasiyalar həbslərə nədən ola bilər...
İndi də "MuğanBank"dakı maxinasiyalar həbslərə nədən ola bilər...2-07-2015, 09:48 |
1992-ci ildə yaradılmış və Elmir Mehtiyevin rəhbərlik etdiyi "Muğanbank" ASC ilə bağlı redaksiyamıza kifayət qədər ilginc bilgilər daxil olub. Əldə etdiyimiz informasiyada deyilir ki, 2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışan, bankın nizamnamə kapitalının 63,5 faizinə sahib olan Elmir Mehtiyevin fəaliyyətində bir sıra nöqsanlar mövcuddur. Belə ki, ASC rəhbərinin ölkənin bank sisteminə ciddi problemlər yaratdığını deyən məlumatlı şəxsin sözlərinə görə, E.Mehtiyev müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozaraq biznes fəaliyyəti ilə məşğul olur: "İlk öncə onu qeyd edim ki, son zamanlar "Muğanbank"la bağlı bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Məsələn, "Jalə-Biznes" MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib. Belə ki, Elmir Mehtiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə "ənənəvi yol"la "razılığa" gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı "Jalə-Biznes" MMC, indiki adı isə "Jalə" MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır. Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər". Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən, əvvəlki adı "Jalə Biznes" MMC, indiki adı isə "Jalə" MTK olan şirkətin E.Mehtiyevə məxsus olduğunu qeyd edən mənbə iddia edir ki, o, inşa etdirdiyi binalar üçün yaratdığı şirkətləri yaxın qohumlarının adına təsis edib: "İş o yerə çatıb ki, rayonda, kənddə mal-qara otaranların adına belə, 3 min kvadratmetrlik ofis özəlləşdirilib. Təbii, burada məqsəd vergidən yayınmaq və daha çox gəlir əldə etməkdir. Onu da qeyd edim ki, Elmir Mehdiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar. Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib. Nədənsə bu məsələdə Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımovun adı daha çox hallanır. Ümumiyyətlə, adıçəkilən şəxslər Elmir Mehtiyevin bir sıra qanundankənar əməllərini görməzdən gəlir, onun ölkənin bank sisteminə yaratdığı problemləri ört-basdır etməyə çalışırlar". Mənbə bildirir ki, E.Mehtiyev bir neçə dəfə "Muğanbank"da ayrı-ayrı şəxslərin adına külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub: "Elmir Mehtiyev Bülbül prospekti 40 ünvanında inşa edilən göydələnlər kompleksinin sifarişçisidir. Bu binaların tikintisini podratçı təşkilat olan "Falez-memarlıq" həyata keçirir. Elmir Mehtiyev isə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq üçün podratçı təşkilatla bank vasitəsi ilə deyil, nağd yolla hesablaşır. Bu isə böyük miqdarda vergidən yayınmaqdır. Şirkətdə mənzillərin satışı da nağd yolla həyata keçirilir, yəni yenidən vergidən yayınma baş verir…" Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. P.S. Növbəti sayımızda Elmir Mehtiyevin şirkətdə uzun illər katibə-referent kimi çalışan Natalya xanımla gördüyü qanunsuz işlərin mövcudluğuna toxunacağıq. P.S. Ələkbərov və Mərdanov qardaşlarının araşdırma yazısı da olacaq.\\gundelik-baku.com\\ Geri qayıt |