Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət onlarla deputatından imtina etməyə hazırlaşır: Yeni heyətdə kimlər var...

Hakimiyyət onlarla deputatından imtina etməyə hazırlaşır: Yeni heyətdə kimlər var...


26-06-2015, 10:45
Hakimiyyət onlarla deputatından imtina etməyə hazırlaşır: Yeni heyətdə kimlər var...
DİA.AZ: - Redaksiyamıza qarşıdan gələn parlament seçkilərilə bağlı ilginc informasiyalar daxil olub. Belə ki, hökumətdəki mötəbər mənbə 2015-ci il parlament seçkilərinin olduqca fərqli atmosferdə keçəcəyini bildirir. Bu fərqlilik isə özünü iqtidar düşərgəsindəki total dəyişikliklə nəzərə çarpdıracaq.

Məlumatlı mənbənin DİA.AZ-a söylədikləri:

"Hakimiyyət bu il seçkilərə yeni heyət çıxaracaq. Köhnə heyətdən çox az nəfərə şans tanınacaq. Çox tanınmış simalar var ki, artıq iqtidar düşərgəsinin etimadını itirib.

Bundan əlavə, buna qədər baş verən proseslər də hakimiyyətin yeni parlament heyətinin tərkibin müəyyənləşməsində müstəsna rol oynayacaq. Yəni, məsələn iqtidardan "vurulmuş" kadrlar, onların yaxınları, habelə etimadı itirmiş sahibkarlar, bəzi ali məktəb rəhbərləri və digərləri yeni heyətdə təmsilçilik hüququ əldə etməyəcəklər".

dia-az.site-a danışan mənbə onu da əlvaə edib ki, bu seçkilərdə iqtidar maraqlarından çıxış edən sürpriz namizədlərə də rast gələcəyik: "Total dəyişiklik gözlənilir. Artıq qərar verilib. Hakimiyyət yeni toparlanma mərhələsində olduğundan bu, özünü keçirilməsi nəzərdə tutulan parlament seçkilərində də biruza verəcək".

Geri qayıt